"Messi bizə hörmətsizlik etdi" - Dani Alveş

09.07.2019 | 5504 dəfə oxunub

Braziliya millisinin futbolçusu Dani Alveş Argentina yığmasının kapitanı Lionel Messini son açıqlamasına görə tənqid edib. 

Stadium.az xəbər verir ki, o, təşkilatçıların Amerika kubokunu Braziliyanın qazanması üçün əlindən gələni etdiyi fikri ilə razılaşmayıb: "Bir insan sırf dostunuzdur deyə haqlı ola bilməz. Hadisənin təsirindən belə sözlər söyləmək olar. Amma mən bu fikirlə razılaşmayacam. Hər şeydən əvvəl o, bizim komandamıza hörmətsizlik etdi. Bundan başqa, bir çox peşəkar futbolçuya da hörmətsizlik etdi. Mən həmişə doğruları söyləyən dostam. Messinin söylədiyi sözlər düzgün deyil".

Çili ilə matçın 37-ci dəqiqəsində meydandan qovulan Messi oyundan sonra hakimləri tənqid etmiş və Argentinanın rüşvətə görə finala çıxa bilmədiyini demişdi. O, hakimlərin Braziliyaya kömək etdiyini söyləmişdi. Qeyd edək ki, Argentina yarımfinalda Braziliyaya 0:2 hesabı ilə uduzmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail