Transferə ən çox pul xərcləyən klub "Real", çempionat isə La Liqadır

17.07.2019 | 4550 dəfə oxunub

La Liqa klubları transferlərə ilk dəfə 1 milyard avrodan çox pul xərcləyərək rekord imza atıblar. Stadium.Az xəbər verir ki, La Liqa təmsilçiləri indiyə kimi heç vaxt transferlərə bu qədər məbləğ ödəməyiblər.

Bildirilir ki, "Real", "Barselona" və "Atletiko" ən çox pul xərcləyən La Liqa klublarıdır. Eden Hazard, Eder Militao, Ferland Mendi, Luka Yoviç, Rodriqo üçün ümumilikdə 303 milyon avro ödəyən "Real" hazırda transferlərə ən çox pul verən klubdur.

Kataloniya təmsilçisi isə Antuan Qrizmann, Frenk De Yonq, Norberto Murara, Emerson de Souza və Ludovit Reis üçün ümumilikdə 230 milyon 500 min avro xərcləyib.

"Atletiko"ya gəlincə, Madrid klubu "Benfika"dan aldığı Joao Feliks üçün 126 milyon avro ödəyərək inidə kimi La Liqa tarixinin ən bahalı transferini gerçəkləşdirib. Komanda ümumilikdə 206 milyon 500 min avro verərək Felipe Monteyro, Markos Lorente, Renan Lodi, İvan Saponmyiçi transfer edib.

Bundan başqa, Avropa futbolunda bu yay edilən ən bahalı 10 transferin 6-sı La Liqa klublarından olub. Joao Feliks (126 milyon avro), Antuan Qrizmann (120 milyon avro) və Eden Hazard (100 milyon) ilk 3-lük-də yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail