Araz Abdullayev: "Komandada danışmışdıq ki..." - MÜSAHİBƏ

18.07.2019 | 8963 dəfə oxunub

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayev Çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra jurnalistlərin suallarını cavablandırıb:

- Rəqib komanda çox intizamlı müdafiə olunurdu. Belə müdafiəni yarmaq heç də asan deyil. Amma biz bunu komanda şəklində bacardıq. Bütün "Qarabağ" azarkeşlərini təbrik edirəm. 

- Zaman keçdikcə həyəcan sizi daha da boğurdumu? Yoxsa, sakitlik öz yerindəydi?

- Komandada danışmışdıq ki, qol vura bilməsək də, tələsməyəcəyik. Sonadək səbrli olacağıq.

- "Vorskla"ya qarşı tək hücumçu kimi oynamışdın. Bəs, bu gün özünü bu mövqedə narahat hiss etmirdin?

- Xeyr, məşqçi harada məsləhət görürsə, çalışıram ki, o mövqedə özümü doğruldum. Bildiyiniz kimi rəqib komanda çox müdafiə olunurdu. Çalışırdım ki, daha çox boş hissə buraxsınlar.

- Qarşıdakı rəqib "Dundalk" olacaq. İrlandiya komandasının yox, Riqa təmsilçisinin olmasını istərdinizmi?

- Bütün komandalar ciddi rəqiblərdir. Yaxşı hazırlaşmalıyıq ki, bu mərhələni də keçək.

- Favorit "Qarabağ" olacaq. Mərhələni keçmək real görünürmü?

- Əvvəlcədən heç nə demək istəmirəm. Amma qalib gəlmək üçün hazırlaşacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail