"Qarabağ"ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm" - MÜSAHİBƏ

18.07.2019 | 5332 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində evdə "Partizani"yə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra brifinqdə jurnalistlərin suallarını cavablandırıb:

- Bilirsiniz ki, rəqib qapalı oynayırdı. Onların məqsədi qarşılaşmanı penaltilər seriyasınadək davam etdirmək idi. Rəqibi də təbrik edirəm. Bizim ilk qolumuzdan sonra oyun açıldı. Çox yaxşı oyun alındı. "Qarabağ" çox gözəl çıxış etdi. Yeni futbolçularımızdan da çox razıyam. Hamı yaxşı oynadı, amma Abdullah Zubiri xüsusən vurğulayardım. Hamımızın ürəyi açıldı.

- Yəqin ki, son dəqiqələrdə daha da həyəcanlandınız.

- Bəli, biz qol vurduqdan sonra onlar da açıq oynadılar. Məncə, elə əsas oyun bundan sonra başladı.

- Bu mövsüm Arvokuboklarda hədəf nədir?

- Transferlərimiz oldu. Türkiyədən məşqçimiz gəldi. Yerli futbolçular yetişdirməyə çalışırıq. Mən hər zaman istəmişəm ki, "Qarabağ"ın heyətində azərbaycanlı oyunçular çox olsun. Bu gün də yeni hücumçunun transferi açıqlandı. Qurban Qurbanovun ən böyük məsuliyyəti odur ki, bu futbolçular komandaya tez uyğunlaşsınlar.

- Sizcə, yeni transferlər komandanı irəli apara bilər?

- Tez uyğunlaşsalar, bəli. Çox təcrübəli futbolçulardır. "Qarabağ"ın oyununa nə qədər tez alışacaqlar, bilmirəm. Bu da Qurban Qurbanovun işidir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail