Vaqner da Silva: "Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdur"

18.07.2019 | 5631 dəfə oxunub

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubuna qarşı cavab oyunundan (2:0) sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Oyunun ən yaxşısı olmağımla razı deyiləm. Biz bu gün komanda oyunu nümayiş etdirdik. Hər şeyi ortaya qoyduq. Komanda yoldaşlarımı təbrik edirəm. Stadiona gələn hər bir azarkeşə minnətdaram, sona qədər dəstək oldular.

- Oyunun ikinci hissəsində vacib qurtarış etdin. Həmin epizod həlledici an oldu?

- İstənilən halda, qapıçı üçün qurtarış etmək sevindiri haldır. Ona görə də biz bundan bir növ zövq alırıq. Ancaq bu qələbə komandanındır. Hamı bərabər əziyyət çəkdi. İndi diqqətimizi növbəti oyunlara kökləməliyik.
 
- II mərhələdə “Riqa”nı arzu edirdin, yoxsa “Dandolk”u?

- Çox təəssüf ki, rəqibi seçmək ixtiyarımız yoxdur. Bizə mərhələni keçmək lazım idi. Artıq kiminlə qarşılaşacağımız önəmli deyil. Oyuna ciddi hazırlaşmalıyıq.
 
- “Qarabağ”ın yeni qapıçı alacağı iddiaları var. Rəqabətə hazırsan?

- Bu sual mənə aid deyil. Rəqabətdən heç zaman qorxmamışam. Karyeram ərzində hər zaman rəqabət yaşadım və buna hazıram. Digər qapıçımız Şahruddində böyük potensial görürəm. Azərbaycanın böyük qapıçılarından biri olacaq. Rəqabətdən çəkinmirəm. Bu məsələ klubun üzərinə düşür.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail