"Zirə"nin yeni transferi: "Buna məcbur oldum"

19.07.2019 | 5773 dəfə oxunub

"Zirə"nin haitili yeni transferi Soni Norde ölkəsinin mətbuatına müsahibə verib. Stadium.Az xəbər verir ki, 29 yaşlı hücumçu paytaxt klubuna gəlişindən və hədəflərindən danışıb.

- İndiyədək müxtəlif qitələrdə oynamısınız. Avropada isə ilk dəfə çıxış edəcəksiniz. Seçiminizi necə izah edərdiniz?

- Mənə Cənubi və Şimali Amerika, hətta Asiya klublarından təkliflər var idi. Əvvəllər isə Türkiyə klubu "Gənclərbirliyi" mənimlə danışıq aparıb. Ancaq onların təklifini qəbul etmədim. "Zirə"nin layihəsini bəyəndim. Bir mövsüm Azərbaycanda Avropa macərası yaşamaq istəyirəm. 

- Bir neçə gündən sonra 30 yaşınız olacaq. Bu, Avropada çıxış etmək üçün ideal yaşdır?

- Yaş sədəcə, bir rəqəmdir. Əvvəllər belə bir şansım olmayıb. İndi isə "Zirə" mənə yaxşı təklif etdi, klubun planlarını açıqladı və mən onlarla razılaşdım. "Zirə"yə keçdiyim üçün xoşbəxtəm. Mənim üçün yaxşı fürsətdir. 

- Ancaq Hindistanda kral kimi yaşayırdın. Niyə "Mohun Bagan"dan ayrıldın? Klubda problemin var idi?

- Problem yox idi. Orada 5 il boyunca heç bir narahatlığım olmadı. Mənə hər cür şərait yaratmışdılar. Sadəcə, yeni bir macəra yaşamaq istədiyirəm. Klubla bu barədə danışdım, onlar da gedişimə icazə verdilər.

- "Zirə"ni yaxşı maliyyə şərtlərinə görə seçdiyini demək olar?

- Belə düşünmək olar. Ancaq "Zirə"yə təkcə pula görə gəlməmişəm. İdman mübarizəsi də çox önəmlidir. Buna görə çox həyəcanlıyam.

- Yeni klubunda hədəfin nədir?


- Yeni komandada əvvəl çətinlik olur. Bununla belə, özümü göstərmək istəyirəm. Komandamızın Azərbaycan çempionatında ən yaxşı yerlərdən birini tutması üçün əlimdən gələni edəcəm.

- Azərbaycan çempionatında iki böyük  klub - "Qarabağ" və "Neftçi"yə qarşı oynayacaqsan. "Neftçi"də haitili Soni Mustivar da çıxış edir. 

- Bilirəm. Heç bir şey mümkünsüz deyil. O komandalar ən güclülərdəndir, ancaq yenilməz deyillər. Təbii ki, asan olmayacaq, amma favoritlərlə mübarizə aparacağıq.

- Bir neçə gündür "Zirə"dəsən. Durumun necədir?

- Məşqlərdə iştirak edirəm. Fiziki durumumu düzəltmək üçün xüsusi məşq proqramım var. Burada hamı yaxşı əhvaldadır. Baş məşqçimiz komandaya faydalı olacağımı deyib. Buna görə bir qədər rahatam.

- Hansı dildə ünsiyyət qurursan?

- İngiliscə danışan bəzi oyunçular var. Bundan başqa, ispanca danışan iki paraqvaylı futbolçu ilə ünsiyyət qurmaq olar.

- Niyə yeni klubunda 11 nömrəni seçdin?

- Buna məcbur oldum. Kluba gələndə 10 və ya 16-nı istədim. Ancaq o nömrənin sahibləri var idi. 5, 17, 25-i də seçə bilərdim.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail