"Dundalk"ın futbolçusu: "Qarabağ"dan çəkinmirik"

23.07.2019 | 4657 dəfə oxunub

Qarabağ" yaxşı komandadır. Avrokuboklarda qrup mərhələlərinin daimi iştirakçısı olmaları özü özlüyündə hər şeyi deyir”.

Stadium.Az xəbər verir ki, bunları “The İrish Sun”a İrlandiyanın "Dundalk" komandasının futbolçusu Şon Qennon Çempionlar Liqasının II təsnifat mərhələsində evdə "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqda söyləyib.

28 yaşlı müdafiəçinin sözlərinə görə, “Dundalk”da yaxşı heyətə malik kollektivdir. O, bildirib ki, əvvələr də böyük komandaları məğlub edə biliblər: “Heç nədən çəkinmirik, oyunu udacağıq. Bu, klubun mentalitetidir. Avropada inkişaf etmək istəyirik. Matça çox yaxşı hazırlaşacağıq və rəqibi daha da yaxından tanıyacağıq. Oyun planını fikirləşmək üçün kifayət qədər vaxtımız var. Məşqlərdə ikitərəfli oyunlarımıza baxsanız, hər iki “11-liy”in güclü olduğunu görərsiniz”.

Qennon deyib ki, heyətə yaxşı oyunçuların cəlb olunması komandadakı digər futbolçuların inkişafına və rəqabətin yaranmasına töhfə verib: “Hər mövqe üçün 2-3 futbolçumuz var. Avropada inkişaf etsək ölkə çempionatında da güclü olacağıq”.

İlk oyun iyulun 24-də Dandolkdakı “Oriel Park” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab qarşılaşması isə iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail