APOEL-in baş məşqçisi: "Oynamağa fürsət tapa bilmədik"

07.08.2019 | 778 dəfə oxunub

"Rəqibin oyuna nəzarət etmək bacarığını bilirdik. Oyuna yaxşı başladıq, onlara bizə yaxın oynamağa imkan vermədik. İkinci hissənin ilk 10-15 dəqiqəsində oyunu əldən verərkən hər şey çətinləşdi. Oynamağa fürsət tapa bilmədik və ikinci qolu da buraxdıq. Oyunçularım bunu dəf etmək üçün çox çalışdılar. Son dəqiqədə vurduğumuz qolu bəyəndim. Futbolçularıma inanıram və ora mübarizə aparmaq üçün gedəcəyik".

Stadium.Az xəbər verir ki, bu sözləri APOEL-in baş məşqçisi Paolo Trametsani Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları ilk matçdan sonra keçirilən mətbuat konfransında deyib.

 "Hər zaman sistem haqda danışırsınız. Sizin fikrinizdir və buna hörmət edirik. Bizim üçün yaxşı olan sistemlə oynadıq. Qol buraxıb-buraxmayacağımızı heç vaxt bilə bilmərik. Futbolçuları tanıyıram və rahat hiss etdikləri sistemlə oynadıram. İlk hissədə hücumda olduq, ancaq şansları dəyərləndirə bilmədik. Bundan sonra rəqib əks-hücumlar etdi. Sürətli hücumlar təşkil edən komandaya qarşı oynamaq çətindir" - deyə o bildirib.

Trametsani buraxılan qola qədər oyuna nəzarət etdiklərini vurğulayıb: "Bu topa çox təəccübləndik və üzüldük. Futbolçularımla danışdım, onları təbrik etdim. Nəticəyə görə məsuliyyəti mən öz üzərimizə götürürəm.  Sabahdan hazırlığa başlayacağıq. Xəyalımızın bitmədiyinə inanırıq".

O, cavab matçında hansı dəyişiklər edəcəyi ilə bağlı sualı belə cavablandırıb:  "Düşünürəm ki, çox şeyi dəyişməyəcəyik. Bu axşam çoxlu qol şansı yaratdıq. Son zərbələrin üzərində çalışmalıyıq.Daha hazırlıqlı olmaq üçün ilk oyundakı təcrübələri sınaya bilərik. Çətin olacağını və futbolçularım əsəbi olduğunu bilirəm. Ancaq ötən ildən indiyə kimi nə qədər çalışdığımızı bilirəm. Avropada mübarizəni davam etdirəcəyimizə son saniyəyə qədər inanıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

19.08.2019

22:03  "Neftçi"dən xal itkisi - Yenilənib

19:40  "Neftçi" - "Sabah" -HEYƏTLƏR

18.08.2019

22:02  "Zirə" məğlubiyyətlə başladı - YENİLƏNİB

19:23  “Səbail” – “Zirə” -HEYƏTLƏR

14:34  "Arsenal" - "Burnley" 1:2 VİDEO

16.08.2019

18:20  “Keşlə” – “Qarabağ” - HEYƏTLƏR

15.08.2019

19:46  "Bney Yehuda" - "Neftçi" - HEYƏTLƏR

11:00  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

14.08.2019

12:00  Günün oyununa necə baxaq? - TV AFİŞA

13.08.2019

19:37  "Qarabağ" - APOEL - HEYƏTLƏR

11:43  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

12.08.2019

   
  O Q H M T-f X
1. Neftçi 26 16 7 3 59-19 60  
2. Qarabağ 26 18 6 2 47-22 55  
3. Səbail 26 12 5 9 33-29 41  
4. Qəbələ 26 9 9 8 30-29 36  
5. Sabah 26 7 6 13 20-37 27  
6. Zirə 26 6 7 13 24-39 25  
7. Sumqayıt 26 6 5 15 22-42 23  
8. Keşlə 26 5 5 16 24-41 20  
11.11Sumqayıt ---Keşlə
11.11Qəbələ ---Qarabağ
10.11Səbail ---Sabah
10.11Neftçi ---Zirə
24.11Qarabağ -Sabah
24.11Keşlə -Qəbələ
25.11Zirə -Sumqayıt
25.11Səbail -Neftçi