Millimizin üzvü İngiltərə Premyer Liqasısı klubunda

07.08.2019 | 5616 dəfə oxunub

Millimizin hücumçusu Renat Dadaşovun İngiltərənin  "Vulverhempton" klubuna keçidi rəsmiləşib. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb. Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi  "Eştoril"dən transfer etdiyi Dadaşovu daha sonra derhal Portuqaliyanın digər klubu "Pakoş de Ferreyra"ya  bir mövsümlük icarəyə verib.

Artıq "Pakoş de Ferreyra" da Renatla müqavilə imzalandığını rəsmi saytı vasitəsi ilə açıqlayıb. Renat Dadaşov ötən il  "Ayntraxt"dan "Eştoril"ə transfer olunmuşdu.

Dadaşov bu il ilk dəfə əsas millimizə çağırılıb. 

"Çox xoşbəxt və həyəcanlıyam. Bu, gözəl klubdur və "qurd" olmaq inanılmazdır. Buna görə də burada olduğum üçün şadam".

Bu sözləri İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"la müqavilə imzalayan millimizin üzvü Renat Dadaşov klubun saytına deyib.

O, daha sonra bildirib: "Mənimlə müqavilə imzalamaq istədiklərini söylədikləri agentimdən  zəng gəldi. Mən "bu, həqiqətdimi"? Doğrudurmu? Mənimlə zarafat etmirsən" dedim. "Bəli, doğrudur" söylədi. Buna görə qərar vermək asan oldu. Ancaq indi hər şeyin yaxşı olacağı bir yerə icarəyə gedəcəyəm və gələn mövsüm daha güclü bir oyunçu kimi qayıda bilərəm”.

O, Premyer Liqanın oyunçusu olmaq haqda da danışıb: "Hər bir futbolçu Premyer Liqada oynayan komandada olmaq istəyirdi. Bu, mənim üçün dünyanın ən yaxşı liqasıdır. Komanda çox yaxşı mövsüm keçirib. Hazırda mənim xəyalım gerçəkləşir. İngiltərədə yaşamağın asan olacağını düşünmürəm. Amma bir yolunu tapacağam. İngiltərə gözəl ölkədir, burada gözəl insanlar çoxdur. Buna görə də burada problem yaşayacağımı düşünmürəm. Mənim üçün ən vacibi komandaya kömək etməkdir. Meydanda və meydandan kənarda əlimdən gələn hər şeyi etməyə çalışacağam. Nəzakətli olmağı və qarşıma məqsəd qoymağı bacarıram".

20 yaşlı hücumçu çox fəal idmançı ailəsi olduqlarını da söyləyib: “Atam su polosu, anam həndbol oynayıb, bacım 16 yaşına qədər futbol oynayıb, qardaşım Almaniyanın üçüncü bundesliqasında oynayır. Sonuncu dəfə Azərbacyan millisində oynadığım müddətdə ilk dəfə həm mən, həm də böyük qardaşım bir yerdə idik. Bu, mənim üçün inanılmaz idi. Çünki qardaşımın yanında ölkəmi təmsil etmək həyatımın ən yaxşı anlarından biri idi".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail