"Qarabağ" üçün yüksək mükafat

13.08.2019 | 5757 dəfə oxunub

Bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq “Qarabağ” mərhələ adlayacağı halda maddi tərəfdən də yüksək qazanc əldə edəcək.

Stadium.Az xəbər verir ki, UEFA-nın rəsmi saytının ötən ay açıqladığı 2019/20 mövsümü üçün hesabatında qeyd edilir ki, ÇL-də pley-offa yüksələn komanda ən azı 5 milyon avro gəlir əldə edəcək. Bu məbləğ komanda pley-off-da uduzacağı halda kluba ödəniləcək. ÇL-də qrupa yüksələcəyi təqdirdə isə “Qarabağ” daxil bu mərhələnin bütün 32 iştirakçısına 15,25 milyon (üstəgəl əlavə bonuslar) veriləcək. Deməli, “Qarabağ” mərhələni keçsə, təkcə özünün və ölkəmizin reytinq xalını yüksəltməyəcək, həm də maddi gəlirini artırmış olacaq.

Yox, əgər “Qarabağ” APOEL səddini adlaya bilməyib, Avropa Liqasının pley-off-una düşsə, o halda həmin mərhələyə qədərki gəliri xeyli azalacaq. Bu zaman “Qarabağ”ın UEFA-dan alacağı mükafatın məbləği 1 milyon 140 min avro təşkil edəcək (birinci mərhələ üçün 280 min, ikinci mərhələ üçün 380 min, üçüncü mərhələdə iştirak üçün 480 min avro) .
 
Bu mövsüm Avropa Liqasının qrupunda oynayacaq 48 komanda üçün isə 2,92 milyon avro mükafat nəzərdə tutulub.
  
Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu bu gün saat 20.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bu komandaların Kiprdə keçirilən ilk matçında Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail