Qurban Qurbanov: "Bu vəziyyətdən bir yerdə çıxmalıyıq" - MÜSAHİBƏ

14.08.2019 | 5906 dəfə oxunub

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə Bakıda keçiriən cavab oyunundan (0:2) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Əfsuslar olsun ki, məğlub olduq. Qələbə qazanmağı çox istəyirdik. Qapımızda qol epizodu da yox idi. Bir penalti, bir də vurulan qol. Bir neçə imkanımız oldu, istifadə edə bilmədik. Həyəcan var idi, bu da normaldır. Azarkeşləri məyus yola saldığımız üçün üzüldük.

- “Qarabağ” adətən uduzanda da baxımlı oyun göstərir. Bu gün isə bunu görmədik. Oyun sizi qane etdimi?

- Bəlkə biz fərqli baxırıq. İtiriləcək heç nə yox idi. Pressinq edən komandaya qarşı səhvlərimiz çox oldu. Amma heç də pis oynamadıq. Heç nədən rəqibə qol epizodları verdik. Açığı, mən oyunumuzdan razı qaldım. 0:2-dən sonra dəyişikliklər edirsən, istər-istəməz sistem pozulur.

- Slavçevin yerinə Kintananı meydana tez salmaq olmazdımı? “Qarabağ”ın ehtiyatında az oyunçunun olması sizi narahat etmir?

- Slavçev aktiv idi. İkinci qoldan sonra dəyişiklik etdik. Nə tez, nə də gec dəyişiklik etmək olar. Çalışdıq oyunun gedişinə görə addım ataq. İki oyunçumuz zədəli idi: Bədavi və Ozobiç. Əvvəldən 2 transfer fikrimizdə var idi. Amma bunları reallaşdıra bilmədik. Onlar sağlam olsaydı, variantımız daha çox olardı.

- Avropa Liqası matçına görə çempionat oyununun təxirə salınması ilə bağlı PFL-ə müraciət edəcəksiniz?

- Çempionat oyununa hazırlaşmaq üçün vaxtımız çox azdır. Təxirə salmaq yox, oyunun bəlkə bir gün sonraya salınması üçün müraciət etdik.

- Rəqib sizi nə ilə təəccübləndirdi?

- Təcrübəsi ilə. Buna da təəccüblənmək demək düzgün olmaz. İllərdir avrokuboklarda çıxış edirlər. Onların Avropa təcrübəsi çoxdur. “Real” kimi nəhəng kluba səfərdə 2 qol vuran komanda idi. Həddən artıq istəkli olacaqlarını bilirdik. Ancaq yenə də xeyli sayda qol şansları yaratdıq. Futbol təəccüblərlə doludur. Məğlub olmuşuqsa, rəqibi təbrik etməliyik.

- Futbolçular 0:2-dən sonra sanki dünyanın sonu imiş kimi davrandılar. Ruh düşkünlüyünü aradan qaldırmaq çətin olmayacaq?

- Texniki səhvlər idi. Almeydanın bilə-bilə sarı aldığını demək olmaz. Məşqçi heyəti, rəhbərlik olaraq futbolçuların yanında olmalıyıq. Bu vəziyyətdən bir yerdə çıxmalı, həm çempionat, həm də Avropa Liqasının pley-offuna hazırlaşmalıyıq.

- Hakimliklə bağlı nə deyərdiniz?

- Bəzi epizodlarda narazılığımız oldu. Sanki əks qərar verməli idi. Ancaq bu barədə təkrara baxdıqdan sonra düzgün fikir bildirmək olar.

- Ozobiç uzun müddət omandaya kömək edə bilməyəcək və Bədavi də sağalmayıb. Bu heyətlə Avropa Liqasında nəyə ümid edə bilərsiniz?

- Üstəlik, Rahil də qarşıdakı oyunu buraxacaq. Amma ümidli olmalıyıq. Hər rəqibə qarşı məsuliyyətlə çalışmalı və işimizə ciddi yanaşmalıyıq. Ciddiyyət olan yerdə qalibiyyət gələcək. İllərdi bir yerdəyik. Pis və yaxşı xatirələrimiz olub. Ümidimizi itirməməliyik. Futbolçularıma güvənirəm və daha yaxşı olacaqlarını düşünürəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail