Miçel: "Futboldur, dramatikləşdirməyə dəyməz"

14.08.2019 | 5807 dəfə oxunub

"Qarabağ"ın futbolçusu Miçel Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzduqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- “Qarabağ” bu gün niyə uduzdu?

- Futboldur, bəzən alınmır. Hərdən gözlənilməz şəkildə uduza və ya qalib gələ bilərsən. İrəli baxmaq lazımdır.
 
- Nəticə gözlənilməz oldu?

- APOEL-in qələbəsi niyə gözlənilməz olsun ki? İlk oyunda biz, bu dəfə onlar qalib gəldi. 

- Komandada arxayınlıq var idi?

- Oyuna köklənmişdik. Alınmadı, nə edək?
 
- “Qarabağ” baxımlı futbol oynayan komandadır. Bu gün onu görmədik. Meydanda istədiyinizi niyə edə bilmirdiniz?

- Razıyam ki, istədiyimiz alınmadı. 3-4 qol şansımız oldu, onlardan yararlansaydıq, fərqli olacaqdı. Hətta “Barselona” və “Real”ın da uğursuz günləri olub. “Qarabağ” hər matçı yaxşı keçirmək məcburiyyətində deyil.
 
- APOEL-dəki baş məşqçi dəyişikliyi oyuna təsir etdi?

- Bizim qol vəziyyətlərimiz oldu, alınmadı, top qapıya girmədi. Penaltidən fərqləndilər. İkinci hissədə də bir zərbəyə bir qol buraxdıq. Yenə deyirəm, futboldur, dramatikləşdirməyə dəyməz.
 
- İlk oyundakı nəticəni gözlənilməz, bu nəticəni isə gözlənilən adlandırmaq olar? Kənardan belə görünürdü.

- Sizi alqışlamaq lazımdır ki, öncədən hər şeyi görürsünüz. Təkrar edirəm ki, bizdə alınmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail