Tahir Gözəl: "Məscidləri dolaşıb, o ölkə üçün pul yığırdım"

14.08.2019 | 1901 dəfə oxunub

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə 0:2 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırdıqları cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb: 

- Bilirsiniz, tariximizdə nəticəyə bu qədər yaxınlaşmamışdıq. Əslində, pis taleyimizin başlanğıcı Kiprdəki ilk matçda son saniyədə buraxdığımız qol oldu. Bu, futboldur. Həmişə yaxşı oynayan sevinmir. “Qarabağ” layiqli oyun göstərdi. Bizim çox şansımız oldu. Rəqibin iki epizodu oldu və qola çevirdilər. Bu duruma çox üzülürəm.

- İlk oyunda “Qarabağ” 90+5-də qol buraxmasaydı, bu gün fərqli ola bilərdi?

- Əlbəttə, olmasaydı, bu gün bəlkə də, fərqli olacaqdı. Dediyim kimi, futbolda belə hallar olur. Qarşıda oyunlarımız var. “Qarabağ” Avropada yoluna davam etməlidir. Paltardəyişmə otağında hamıya ürək-dirək verdim. Təbii ki, hamı üzülür. Çox istəyirdik ki, burdan sevinclə ayrılaq. Azarkeşlər “Qarabağ”a son saniyəyə kimi dəstək oldu. Xalqımıza təşəkkür edirəm. Macəramız bitməyib, davam etməliyik.

- Futbolçularda arxayınlıq var idi, yoxsa APOEL yeni baş məşqçisi ilə fərqli oynadı?

- Təzə baş məşqçiləri onlara yeni ruh gətirdi. Bu, faktdır. Arxayınlıq demək düz deyil. Mən rahatlıq görmədim. APOEL böyük klubdur. Rəqibin 11 nömrəli futbolçusu 6 milyon avroluq futbolçudur. Onlara qiymət verməliyik. Avropa klubuna aşağı baxmaq olmaz. Bizdə alınmadı.

- UEFA nümayəndəsi ilə nə söhbət edirdiniz?

- Həmin şəxs Bosniya və Herseqovinadandır. 1995-ci illərdə universitetdə tələbə olmuşam. Həyatımın bir ilini Bosniyaya pul toplamaq üçün keçirmişəm. Məscidləri dolaşıb, o ölkə üçün pul yığırdım. Bosniya və Herseqovinaya qarşı sevgim var. Bunu ona deyirdim. Bosniyaya gedəndə onu ziyarət etmək istədiyimi bildirdim.

- Baş məşqçilərin duelində Tomas Dollun qalib gəldiyini söyləmək olar?

- Bunu deməzdim. “Qarabağ” çox gözəl oynadı. İlk oyunda APOEL uduzmuşdu. Burda itirəcəkləri heç nə yox idi. Futbol və həyatda da belədir.

- Yunanların sevdiyi komandaya uduzmaq sizə necə hisslər yaşadır?

- Mən qarşı tərəfə heç vaxt fikir vermirəm. Mənim bir istəyim var: “Qarabağ”ın adını dünyaya tanıtdırmaq! Biz APOEL rəsmilərini qəbul etdik, onlara çətin vəziyyətimizi dedik. Tariximizdən bəhs etdik, nələr yaşadığımızı söylədik.

- Hədəf Avropa Liqasının qrup mərhələsinə düşmək olacaq?

- Əlbəttə, Monteneqro və İrlandiya çempionları duelində mərhələ keçən komandaya rəqib olacağıq. Bizə növbəti oyun çox vacibdir. İnanıram ki, yaxşı olacaq.

- “Qarabağ”a yeni transfer lazım deyil?

- Xeyr, bunun üçün infrastruktur, gəlir olmalıdır. “Qarabağ”ın sponsordan başqa gəlir yeri yoxdur. Avropa klubları kimi futbolçu alıb, sata bilmirik. Futbolçulara bu tərəfə gəlmək istəmir. APOEL ötən mövsüm futbolçu satışından 9 milyon avro gəlir əldə edib. Kipr Avropa Birliyinin parçasıdır. “Qarabağ”ı “Azersun” şirkəti himayə edir. İmkanlarımız nəyə çatır, yavaş-yavaş gedirik. Bundan artığına imkan yoxdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

22.11.2019

14:15  "Son illər Azərbaycan kimi zəif rəqib görməmişdim" - Slovakiyalı veteran futbolçu

08:53  "Qarabağ" Sumqayıt səfərində - Yenilənir

21.11.2019

20.11.2019

19.11.2019

23:05  Slovakiya - Azərbaycan -HEYƏTLƏR

18.11.2019

20:52  "İmarət" Ağdamda - FOTOLENT

15:50  "Qarabağ" - "Düdelanj" - biletlər satışda

17.11.2019

04:05  İsrail - Polşa - 1:2 VİDEO

03:47  Almaniya - Belarus - 4:0 VİDEO

02:10  Rusiya - Belçika - 1:4 VİDEO

16.11.2019

20:31  Azərbaycan - Uels -HEYƏTLƏR

09:22  Uels millisinin məşqindən FOTOLENT

02:56  İspaniya – Malta - 7:0 VİDEO

   
  O Q H M T-f X
1. Qarabağ 10 8 2 0 19-2 26  
2. Neftçi 10 5 3 2 15-8 18  
3. Keşlə 10 4 4 1 11-5 16  
4. Səbail 10 3 2 5 8-14 11  
5. Sumqayıt 10 3 2 5 11-15 11  
6. Sabah 10 2 4 4 10-11 10  
7. Zirə 10 2 4 4 10-16 10  
8. Qəbələ 10 1 3 6 6-19 6  
10.11Qarabağ ---Zirə
10.11Sabah ---Zirə
09.11Keşlə ---Neftçi
09.11Qəbələ ---Səbail
22.11Sumqayıt -Qarabağ
23.11Səbail -Sabah
24.11Neftçi -Qəbələ
24.11Zirə -Keşlə