Messi Neymara zəng etdi və ...

14.08.2019 | 6014 dəfə oxunub

İspaniyanın "Barselona" klubunun futbolçusu Lionel Messi Fransa PSJ-sinin hücumçusu Neymarın transferi ilə bağlı danışıqlara qoşulub. 

Stadium.Az "Marca"ya istinadən xəbər verir ki, argentinalı forvard braziliyalı oyunçuya zəng edib. O, Neymardan "Real"a keçməməyi və "Barsa"ya qayıtmağı xahiş edib. 

Daha əvvəl Neymar uğrunda mübarizədə "kral klubu"nun öndə olduğuna dair xəbər yayılıb. Bu məlumat PSJ-nin Kataloniya təmsilçisi ilə münasibətlərinin pisləşməsi ilə əlaqələndirilib. 

Neymar "Barselona"da 2013 - 2017-ci illərdə forma geyinib. 27 yaşlı hücumçu ötən mövsüm PSJ-də 28 oyunda 23 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Paris klubu ilə müqaviləsi 30 iyun 2022-ci ilədək qüvvədədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail