Bordin: "Rəqibin cüzi də olsa, üstünlüyü var"

15.08.2019 | 6460 dəfə oxunub

"Bizi güclü komanda ilə çətin oyun gözləyir. Çünki rəqibimiz yaxşı hazırlıqlıdır. İlk oyunda düzgün mövqe seçərək, arxada qapandılar və fərdi keyfiyyətlərə malik oyunçular sayəsində çətinliklər yaradırlar. Məncə,  rəqibin cüzi də olsa, üstünlüyü var. Bizə qarşı fərqli taktika ilə çıxacaqlar. Maraqlı oyun gözlənilir".

Stadium.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin İsraildə "Bney Yehuda" ilə keçirəcəkləri Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçından öncə mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, "Bney Yehuda" ilk matçda bütün heyətlə müdafiəyə qapanıb. Onun fikrincə, İsrail təmsilçisi sabah da eyni taktika ilə çıxış edəcək.

İtaliyalı məşqçi 2 top buraxmalarına rəğmən sonadək xarakter göstərdiklərini vurğulayıb. O, komandasına inandığını və işinin öhdəsindən gələcəklərinə əminliyini diqqətə çatdırıb.

Bordinin ilk matçda yarımmüdafiədə problemlərin olması fikri ilə razılaşmayıb. Onun sözlərinə görə, "Bney Yehuda" əks-hücumlar nəticəsində qollar vurmağı bacarıb: "Bunlar taktikadan yox, istəkdən, oyuna yanaşmadan asılı məsələlərdir".

Sabah Petak Tikvadakı "Ha Moshava" stadionunda keçiriləcək "Bney Yehuda" - "Neftçi" matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Bakıdakı ilk görüş heç-heçə ilə nəticələnib - 2:2.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail