"Bayern" qədər böyük hədəflərim var" - Koutinyo

19.08.2019 | 6216 dəfə oxunub

"Bayern"in "Barselona"dan icarəyə götürdüyü Filipe Koutinyo yeni klubuna 10 nömrəli formanı geyinəcək.

Stadium.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi klubun saytına transferi ilə bağlı danışıb: "Avropanın ən yaxşı klublarından birinə gəldim. Mənim üçün yeni ölkə, yeni çağırışdır. Bu təcrübə üçün səbirsizəm. Mənim də "Bayern" kimi böyük hədəflərim var. Əminəm ki, yein komanda yoldaşlarımla bunu bacararıq".

Münhen təmsilçisinin idman direktoru Hasan Salihamdziç braziliyalı futbolçu ilə bağlı bunları söyləyib: "Koutinyo "Barselona" ilə danışıqlar zamanı "Bayern"ə gəlmək istədiyini bizə dedi. O, çox üstün keyfiyyətlərə sahib olan dünya səviyyəli futbolçudur. Komandanın heyəti indi daha da keyfiyyətli oldu. Koutinyo hədəflərimizə çatmaqda yardımçı olacaq". "Bayern" "Barselona"ya 8,5 milyon avro icarə qiyməti ödəyib. Müqavilənin şərtlərinə əsasən, münhenlilər 120 milyon avro ödəyib, Koutinyonun transfer hüququna yiyələnə bilər. "Barselona" 26 yaşlı futbolçunu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer edib. Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail