Poqbanı təhqir etdilər

21.08.2019 | 5576 dəfə oxunub

"Mançester Yunayted"in fransalı yarımmüdafiəçisi Pol Poqba İngiltərə Premyer Liqasının ikinci turunda dünən "Volherhempton"la keçirilən matçdan sonra azarkeşlərin irqçi şüarlarına məruz qalıb.

Stadium.Az "Sky Sports"a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın bəzi fanatları 1:1 hesabı yekunlaşan görüşdə fransalı oyunçunun təyin olunan penaltini dəqiq yerinə yetirə bilmədiyi üçün ona qarşı sosial şəbəkədə irqçi ifadələr işlədiblər.

Klub rəhbərliyi və Poqbanın komanda yoldaşları bu cür halların futbola yaraşmadığını, belə təhqirlərə qarşı tədbirlər görülməsinin vacibliyini bildiriblər.

"Mançester Yunayted" bununla bağlı sosial hesabında yazıb: “Komandadakı hər kəs Poqbaya qarşı edilən irqçi ifadələri mənfi qarşılayır. Bu, ürəkbulandırıcı mənzərədir”.

Premyer Liqanın ikinci turunda "Mançester Yunayted" səfərdə "Volherhempton"la heç-heçə edib. Komanda 4 xalla 4-cü pillədədir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail