"Qarabağ"da heyətlə bağlı ciddi problemlər

22.08.2019 | 5331 dəfə oxunub

UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Şimali İrlandiyada "Linfild"in qonağı olacaq "Qarabağ" heyətlə bağlı problemlə üzləşib.

Stadium.Az xəbər verir ki, bu barədə klubun mətbuat katibi Nurlan İbrahimov məlumat verib. Onun sözlərinə görə, Ağdam təmsilçisinin Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ev oyununda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda cəzalı duruma düşüblər.

Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları dəqiqdir. Üstəlik, cinah müdafiəçiləri – Maksim Medvedevlə Ailton Silva Premyer Liqanın I turunda Keşlə ilə matçda zədələniblər. Dayaq yarımmüdafiəçisi Simeon Slavçev isə məşqdə xəsarət alıb. Bu üç futbolçunun meydana çıxması sual altındadır.

Avqustun 22-də baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail