Aftandil Hacıyev: "Bu cür şəraitdə futbolçular 2 qələbə qazanıbsa, onları alqışlamaq lazımdır"
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Sumqayıt"a 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında oyun haqda danışıb:
"Sumqayıtda bu cür izdihamın yaşanması, hər iki komandanın daha çox yerli futbolçulardan olması maraqlı idi. Bərabər səviyyədə oyun oldu. Hər iki tərəfdə səhvlər var idi. Bundan istifadə edən biz olduq. İki hissəni müqayisə edəndə, ilk yarıya yaxşı başlaya bilmədik. Futbolçular ilk hissədə tapşırıqları yerinə yetirməkdə çətinlik çəkirdilər. Ancaq fasilədən sonra vəziyyət dəyişdi. "Sumqayıt"ın da oyununu qeyd edərdim. Burada yaxşı infrastruktur var. Komandanın öz sözünü deyəcəyinə inanıram. Bu cür şəraitdə 3 xal qazanmağı "Səbail"in lehinə yazmaq olar.
İki qalibiyyətə görə komandanın özünə gəldiyini demək olmaz. Bizim də problemlərimiz var. Bu cür şəraitdə futbolçular 2 qələbə qazanıbsa, onları alqışlamaq lazımdır.Stabil çıxış etmək üçün güclənməyə ehtiyacımız var. Ancaq bunun üçün maddi imkan yoxdur. Büdcə azaldılıb. Demək olar ki, yarı-yarıya. Sponsorlarla ciddi problemlər yaranıb. Bu büdcəylə futbolçuları qoruyub, saxlamağa çalışırıq. Komandadan gedənlər ola bilər. Rəhbərlik hər futbolçunun qərarına hörmətlə yanaşacağını deyib. Amma komandanı dəyişməyin hansısa futbolçuya müsbət təsir edəcəyini düşünmürəm. Hər komandada çətinlik olur" - deyə o bildirib.
Aftandil Hacıyev söyləyib ki, qarşılarına konkret vəzifə qoyulmayıb: "Rəhbərliyi də başa düşürük. Durum hər an düzələ də bilər, əksinə də ola bilər. Ruhdan düşməyə çalışmırıq. Futbolçular da, biz də durumun düzəlməyini istəyirik.
Növbəti tur "Qarabağ"la oynayacağıq. Bu komanda ilə oyunlar həmişə çətin olur. Onlar digər komandalardan 5 baş üstündür. Yaxşı oyun nümayiş etdirmək üçün çalışacağıq. Bundan əvvəlki turda əsasən ehtiyat oyunçularla oynayırdılarsa, bizimlə oyunda əsas heyətlə olacaqlarını düşünürəm. Onlar tək bizdən yox, bütün komandalardan üstündülər. Ancaq bu o demək deyil ki, təslim olacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |