Sənan Qurbanov: "İndi istefa verib getmək, komandanı ağır gündə yarı yolda qoymaqdır"

26.08.2019 | 6278 dəfə oxunub

Azərbaycan Premyer Liqasının ikinci turunda "Qarabağ"doğma meydanda "Qəbələ"ni qəbul etdi. Stadium.Az xəbər verir ki, Ağdam klubunun 3:0 hesablı qələbəsiylə başa çatdan oyundan sonra qonaq komandanın baş məşqçisi Sənan Qurbanov matç haqqında danışıb:

"Çalışırdıq ki, müdafiədə səhvsiz oynayaq. Bu da 45 dəqiqə keçərli oldu. "Qarabağ"ın təzyiqlərinə də sona kimi dözüş gətirə bilmədik. Qapımıza verilən penalti də düzgün qərar idi. Sadiq mərkəz müdafiəçisidir. Onu məcburiyyətdən sol cinahda oynadırdıq. "Qəbələ"nin bu duruma düşməsi çox üzücüdür. Rəqib də "Qarabağ" olduqda işlər çətin olur. Mən komandada qalıram. Rəhbərlik hansı qərarı qəbul etsə, ona uyğun hərəkət edəcəm. 

İndi istefa verib getmək, komandanı ağır gündə yarı yolda qoymaqdır. Amma mənim getməyim nəyisə dəyişərsə, gedərəm.

Komandaya tapşırmışdım ki, vuruşsunlar. Futbolçulara deyəcək heçnə yoxdu. Çalışacağıq bu oyunu unudaq və gələcək qarşılaşmalara köklənək".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail