Elşad Əhmədov: "... arxayınlıq var idi ki, “Keşlə”yə asanlıqla qalib gələcəklər"

26.08.2019 | 6588 dəfə oxunub

"Oyuna normal başladıq. Birinci hissədə top həm bizdə, həm də rəqibdə olurdu. Fasilə ərəfəsində buraxılan qol komandamızın oyununa təsirini göstərdi. İkinci hissədə oyunda gedişatı dəyişməyə çalışdıq, hücumlar zamanı cinahlarda fəallığı artırdıq".
 
Stadium.Az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqasının 2-ci turunda "Keşlə"yə uduzduqları ev oyunundan (0:1) sonra mətbuat konfransında deyib.

Məğlubiyyəti şərh edən çalışdırıcı qol vurmaq baxımından problemlərinin olduğunu bildirib: "Futbolçularımıza verilən tapşırıq ondan ibarətdir ki, topa nəzarət daha çox bizdə olsun. Amma eyni zamanda fürsət düşdükcə rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər də yaratmalıyıq. Bu baxımdan hələlik problemlərimiz var. Məsələn, Ulisse Diallodan çox şey gözləyirdik. Lakin oyunu alınmadığına görə ilk hissədən sonra onu əvəzlədik. Düzünü desək, ilk yarıda rəqib qapısı qarşısında təhlükəli vəziyyət yarada bilmədik.

Ola bilər ki, “Neftçi”yə qarşı yaxşı oynadıqdan sonra futbolçularda müəyyən arxayınlıq var idi ki, “Keşlə”yə asanlıqla qalib gələcəklər. Hətta bununla bağlı üç gün öncə futbolçularla söhbətimiz olmuşdu, onlara xəbərdarlıq etmişdim. Hətta ötən mövsüm də ilk turdan sonra “Sumqayıt”a bu şəkildə uduzmuşduq və onu yada saldım. Amma göründüyü kimi, yenə eyni aqibəti yaşadıq, cəzalandıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail