Məşhur italiyalı jurnalist: "Qarabağ" klubu "Milan"dan güclüdür"

04.09.2019 | 6336 dəfə oxunub

Məşhur italiyalı jurnalist Marsello Çiriko İtaliya A Seriyasının yeni mövsümü ilə bağlı təxminlərini açıqlayıb.

Stadium.Az xəbər verir ki, Çiriko öz açıqlamasında Ağdamın "Qarabağ" klubunun belə "Milan"dan güclü olduğunu vurğulayıb.

“Hər şey yenidən əvvəlki kimi olacaq. "Yuventus" çempionluğunu bu il də qeyd edəcək. "Yuventus"un heyətində 24-25 top səviyyədə olan futbolçu var. Onların qarşısını almaq çətin olacaq. Digər tərəfdən isə sabiq "Yuventus"lular – Marotta və Konte "İnter"də yaxşı işlər görürlər. "Yuventus"a qarşı çətinlik yaradacaq klub varsa, o da İnter-dir. 3-cü pilləni isə fikrimcə son illər stabil çıxış edən "Napoli" tutacaq. Lakin mən "Fiorentina"nı TOP-3-dən kənar qoymaq istəmərəm. Onların yeni prezidenti yay transfer pəncərəsində klub üçün lazımlı oyunçuları gətirdi. TOP-5-liyi fikrimcə "Milan" tamamlaya bilər. Amma onlar bunun üçün gözləntiləri doğrultmalıdılar. Onlar keçmişlə yaşamağı unutmalıdılar. Rossonerilər nəsə olan kimi 7 Çempionlar Liqası tituluna sahib olduqlarını deyirlər. Bu düzgün deyil. Razıyam ki, tarixi silmək olmaz, Milan-ın əzəmətli tarixi var. Lakin, hazırda klubda düzgün siyasət yoxdur. Azərbaycanın "Qarabağ" klubu belə onlardan güclüdür. Bunu bizə hətta UEFA-nın klublar arası tərtib etdiyi reytinq deyir. "Milan" 78-ci olduğu halda, Azərbaycan təmsilçisi 70-ci pillədədirlər” – deyə Çiriko vurğulayıb.

Qeyd edək ki, Marsello Çiriko daha çox Juventus azarkeşi olan jurnalist kimi tanınır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail