Ramil Şeydayev: "Sonda buraxılan qola çox üzüldüm"

07.09.2019 | 5953 dəfə oxunub

Uduzmuşuq, nə deyə bilərəm? Bacardığımız qədər oynadıq. Məğlubiyyətə layiq idik, ya yox, bunu deyə bilmərəm".

Stadium.az xəbər verir ki, bunları Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev səfərdə Uels yığmasına 1:2 hesabı ilə uduzduqları AÇ-2020-nin seçmə oyunundan sonra söyləyib.

- Bərabərlik qolu sizin ötürmənizdən sonra vuruldu. Mahir Emrelini görürdünüz, yoxsa ötürməni səsə etdiniz?

- Görürdüm. Yaxşı açıldı, mən də etməli olduğum ötürməni verdim.

- Necə düşünürsünüz, bu, cari tsikldə millimizin ən yaxşı oyunu idi?

- Xeyr. Fikrimcə, Xorvatiyaya qarşı bundan bir qədər yaxşı oynamışdıq.

- Uels sizi nə iləsə təəccübləndirdi?

- Deməzdim ki, təəccübləndirdilər. Onlar hücum edirdi, biz isə bütün komandayla müdafiə olunurduq. Çox da hücum etmədik.

- Çox dilxorsunuz. Səbəb istədiyiniz səviyyədə oynaya bilməməyinizdir, yoxsa son dəqiqələrdə buraxılan qoldur?

- Bu gün də əlimdən gələni etdim. Son dəqiqələrdə buraxdığımız qol məni çox məyus etdi.

- Son dəqiqədə cərimə meydançasında yıxılaraq penalti ala bilərdiniz.

- Rəqib mənə toxunmamışdı.

- Xorvatiya ilə matçadək istər fiziki, istərsə də psixoloji baxımdan bərpa ola biləcəksiniz?

- Əlbəttə! Bu, ilk belə hal deyil. Fikrimcə, rotasiyalar üçün də yetərincə imkanlarımız var. Məncə, tam bərpa olacağıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail