Bartomeu: "Neymar sadəcə bizdə oynamaq istəyirdi"

08.09.2019 | 7052 dəfə oxunub

"Barselona"nın prezidenti Xosep Maria Bartomeu Neymar transferiylə bağlı açıqlama verib. Stadium.Az xəbər verir ki, klub rəhbəri PSJ-dən transfer etmək istədikləri Neymarla bağlı danışıb:

“Neymar qış transfer dövründə də "Barselona"ya keçməyəcək. Onun üçün danışıqlar aparmışdıq. Başqa klubların da maraq dairəsində olduğunu bilirdik. Onu transfer etmək üçün əlimizdən gələn hər şeyi etdik. O da etməsi lazım olan hər şeyi etdi, klubuna qərarını dedi. Amma o, bu il də PSJ-də oynayacaq. Neymar transfer dövründə təkcə "Barselona" ilə danışıqların aparılmasını istəmişdi, o, sadəcə bizdə oynamaq istəyirdi.

Bu, bir fürsət idi. Neymar möhtəşəm futbolçudur. Klubun idarə heyəti də onun geri qaytarılmasına razılıq vermişdi. Qış fasiləsində onun transferi üçün çalışmayacağıq, yeni mövsümdə isə planlarımıza baxacağıq. Neymarla 3-4 klub maraqlanırdı ki, bunlardan da biri "Real" idi. Şərtlər çətindir, PSJ də ən yaxşı təklifi gözləyir”.

Bartomeu, Lionel Messinin müqaviləsi və klubdakı karyerası haqqında da danışıb:

“Messinin klubla 2021-ci ilədək müqaviləsi var, amma son mövsümündən əvvəl müqaviləsinə xitam vermək haqqı var. Ancaq biz bundan narahat olmuruq. Messi uzun müddət burda oynamaq istəyir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail