"Elə vəziyyət idi ki, bu gün millidə oynamağa ən layiq onlar idi"

10.09.2019 | 5314 dəfə oxunub

Millimizin kapitanı Maksim Medvedev Avro-2020-nin seçmə mərhələsində Bakıda Xorvatiya ilə heç-heçədən (1:1) sonra jurnalistlərin suallarını cavablandırıb:

- Uelslə oyundan sonra dərk edirdik ki, pis alınmadı, qaçırdıq, mübarizə aparırdıq. Demək olar ki, Uelsə futbol oynamağa imkan vermədik. Özümüzə güvəndik. Baxmayaraq ki, 1:2 hesabı ilə uduzduq, amma bizdə güvən var idi. Bu oyunda bunu göstərdik. Uzun yoldan sonra yorğun olacağımız bəlli idi. Komanda üzvləri ilə söhbət etdik. Düzdür, xorvatlar da yol gəliblər, amma biz daha uzun məsafədən qayıdırdıq. Oyuna yaxşı başlamadıq. İkinci hissədə gözəl futbol oynadıq. Hətta epizodlar oldu ki, Xorvatiyanı qapısına sıxdıq. İnam yarandı ki, ikinci topu da vuracağıq. Buna vaxt çatmadı.
 
- Nikola Yurçeviç bu oyuna sizi fərqli hazırlamışdı?

- Xorvatiya top komandadır. Bilirdik ki, ağır oyun olacaq. Məşqçimiz son vaxtlar fərqli taktika seçir. Çalışırıq ki, hər yerdə çoxluq yaradaq. Uelslə oyunda gördük ki, bunu bacarırıq. Baxmayaraq ki, onlarda Qaret Beyl, Deniel Ceyms kimi ulduzlar var. Xorvatların da ulduz oyunçuları var. Bu gün də eyni oynadıq və bizdə uğurlu alındı.
 
- Yığma Uelsə məğlubiyyət və Xorvatiya ilə heç-heçəyə görə mükafat alacaq?

- Rəhbərlik həmişə istəyib ki, bizə yaxşı baxsın. İnşallah, mükafat olacaq. Futbolçular da bunu gözləyir. Nə vaxt veriləcəyi bəlli deyil.
 
- Seçmə mərhələnin növbəti oyunlarından nə gözləmək olar?

- Xorvatiyadan bir xal almaq bizim üçün stimuldur. Uels də Bakıya gələcək. Onlarla da bu səviyyədə futbol nümayiş etdirmək istəyirik. Macarıstanla səfər matçımız da olacaq. Yaxşı və kompakt oynamağa çalışacağıq. Belə rəqiblərlə açıq futbol mümkün deyil. Açılan kimi özünüz də görürsünüz ki, hesablar 1:3, 1:5 olur. Bu gün fərqli taktika seçirik ki, daha da kompakt oynayaq.
 
- Bəhlul Mustafazadə və Anton Krivotsyukun oyunu necə alındı?

- Elə vəziyyət idi ki, bu gün millidə oynamağa ən layiq onlar idi. Baxmayaraq ki, hamı səhv edir. Görünürdü ki, komanda vuruşur. Nəticə üçün hər şey etdilər. Onlara da təşəkkr edirəm. Hər ikisi gənc futbolçudur. Bəhlul Mustafazadə də çalışdı, vuruşdu, söz ola bilməz. Onlara dəstək olmalıyıq ki, gələcəkdə daha çox fayda versinlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail