Modriç: "Azərbaycanın oynamasına şans yaratdıq"

10.09.2019 | 2187 dəfə oxunub

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə Bakıda 1:1 hesablı heç-heçə edən Xorvatiya yığmasının kapitanı Luka Modriç oyundan sonra müsahibə verib: 

– Təəssüf ki, üç xalı qazana bilmədik. Oyuna olduqca yaxşı başladıq. İlk 20-25 dəqiqədə çox yaxşı təsir bağışladıq. Bir qol vurduq və üç-dörd dəfə də fərqlənə bilərdik. Bundan sonra istəmədən olsa da, rahatlaşdıq və Azərbaycanın oynamasına şans yaratdıq. Yekunda bərabərlik qolunu vura bildilər. Bəsit şəkildə işləri qarışdırmağı sevirik, deyəsən. İki oyundan dörd xal topladıq və üç matç qaldı. Sonda Avropa çempionatına gedəcəyimizə inanıram.

– Matçın ilk 15 dəqiqədən sonra Xorvatiya millisi “Qara dəliy”ə çəkildi. Nə baş vermişdi?

– Söyləmək çətindir. Yaxşı başladıq və qol vurduq. Matçın taleyini həll edə bilərdik. Təəssüf ki, bəzi nüanslara görə alınmadı. Dominantlıq etdiyimiz görünürdü. Onlara şans yaratmalarına icazə verdik. Dəqiqələr getdikcə, onlar daha da kəsərli hücumlar qurmağa başladı və adi epizodda bir futbolçu üç-dörd oyunçumuzu aldadıb qol vurdu. Bu, yolverilməz idi. Matçın sonlarında qələbə qazanacaq gücümüz qalmamışdı. Düzdür, nöbəti oyunlarda hər ey özümüzdən asılıdır.

– Paltardəyişmə otağında məyusluq var idi?

– Əlbəttə, məyus idik, çünki qələbə qazanacağımızı gözləyirdik. Xüsusi ilə də çoxlu qol şansları yaratdığın matçda buna ümidli olursan. Hələ hər şey açıqdır. Avropa çempionatına yollanmaq üçün evdə iki qələbə yetrəli olacaq. Görünür, hər şeyi erkən bitirməyi sevmirik. Savaşmağa davam edəcəyik.

– Bu xal itkisindən sonra Macarıstanla oyun daha önəmli olacaq.

– Əlbəttə, elə olacaq. Əla atmosfer və mükəmməl dəstək gözləyirik. Uzun müddətdir ki, Split şəhərində oynamırıq. Təbii ki, zəfərimizə inanıram. Bütün xallar bu an vacibdir. Daha sonra qrupdakı vəziyyətin necə olacağını görəcəyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

10.08.2020

13:32  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

09.08.2020

12:09  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

08.08.2020

07.08.2020

12:51  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:32  "Sevilya" - "Roma" - 2:0 VİDEO

06.08.2020

13:21  Günün oyunlarına necə baxaq? - TV AFİŞA

01:29  "İnter" - "Xetafe" - 2:0 VİDEO

05.08.2020

04.08.2020

03.08.2020

   
  O Q H M T-f X
1. Qarabağ 20 13 6 1 34-7 45  
2. Neftçi 20 10 7 3 34-14 37  
3. Keşlə 20 8 6 6 27-21 30  
4. Zirə 20 6 5 9 25-37 23  
5. Sumqayıt 20 6 5 9 24-31 23  
6. Sabah 20 5 6 9 19-27 21  
7. Səbail 20 5 5 10 16-30 20  
8. Qəbələ 20 5 4 11 15-35 19  
21.06Zirə ---Neftçi
21.06Sabah ---Keşlə
21.06Qarabağ ---Qəbələ
21.06Sumqayıt ---Səbail
21.06Qarabağ -Qəbələ
21.06Sumqayıt -Səbail
21.06Zirə -Neftçi
21.06Sabah -Keşlə