Messi: "Getmək yox, qələbələr qazanmaq istəyirəm"

14.09.2019 | 5430 dəfə oxunub

Argentina milli komandasının futbolçusu Lionel Messi "Barselona"dan ayrılmaq istəmir. Stadium.Az xəbər verir ki, bu barədə 32 yaşlı hücumçunun özü "Sport" nəşrinə müsahibəsində bildirib.

"Barselona" mənim evimdir. Getmək yox, qələbələr qazanmaq istəyirəm" deyə kapitan vurğulayıb.

Messinin Kataloniya klubu ilə müqaviləsi cari mövsümün sonunda bitəcək. Daha əvvəl məşhur forvardın karyerasını MLS-də davam etdirmə variantını nəzərdən keçirdiyinə dair xəbərlər yayılıb. Bildirilib ki, "İnter Miami"nin sahiblərindən olan Devid Bekhem öz klubuna gəlişinin nə dərəcədə real olduğunu öyrənmək üçün onun meneceri ilə əlaqə saxlayıb.

Lionel Messi 10 qat İspaniya çempionu, Çempionlar Liqası, ölkə kuboku və Superkubokunun qalibidir. O, 11 dəfə Argentinada ən yaxşı oyunçu sayılıb. Messi Çempionlar Liqasında son 20 ilin 50 ən yaxşı futbolçusu siyahısında yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail