Tərlan Əhmədov: "Komanda uduzursa, nəsə deyirsən ki, onlara toxunsun"

15.09.2019 | 5897 dəfə oxunub

"Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 4-cü turunda evdə "Səbail"ə uduzduqları oyundan (1:2) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Rəqibi təbrik edirəm. Gözləmirdim ki, belə pis başlayarıq. İlk dəqiqələrdən komanda “yatmışdı”. İki qoldan sonra oyunu ələ ala bildik.

Hər halda, ikinci hissədə hücumlar qurduq, ancaq qollar vura bilmədik. Bəlkə də, iki qələbədən sonra arxayınlıq yaranmışdı. Keçən keçib. Epizodlarımız oldu, bu gün bizim günümüz deyilmiş. İrəli baxmaq lazımdı. Növbəti oyuna hazırlaşacağıq.

- Birinci qolun təkrarına baxmısız?

- Xeyr.

- Oyundankənar vəziyyət var idi...

- Oxşayırdı. Ancaq heç nəyi geri qaytara bilmərik. İlk iki turda iki futbolçu itirmişdik, ancaq Hakimlər Komitəsinin sədri səhvlər olduğunu demişdi. Olan oldu. İrəli baxmalıyıq.

- Dediniz ki, ilk hissədə komanda "yatmışdı". Onları oyatmaq üçün hansı "iynədən" istifadə etdiniz?

- Yeni komandayıq. 4 turun hamısında ilk hissələri yaxşı keçirməmişik. Bilmirəm, nə ilə əlaqədardı. Bəlkə də, ehtiyatlı davranırlar. Sadəcə, motivasiya etdik. Komanda uduzursa, nəsə deyirsən ki, onlara toxunsun. Futbol aqressiyasız mümkün deyil. Rəqibi belə oyuna görə təbrik edirəm. Biz də hər matçda belə oynamalıyıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail