Aftandil Hacıyev: "Əvəzetmə və taktiki dəyişiklik üstünlüyümüzü şərtləndirdi"

22.09.2019 | 5975 dəfə oxunub

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 5-ci turunda  “Qəbələ” ilə oyundan (1:1) sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: 

- Bu gün çətin oyun oldu. Arxada 5 tur qalıb. “Qarabağ” istisna, digər bütün komandalar sonadək mübarizə aparacaqlar. “Qəbələ” bir neçə tur məğlub olsa da, bugünkü oyunu ilə ilk "3-lüy"ə iddia edə bilər. İlk yarıya yaxşı girə bilmədik. Psixoloji üstünlük “Qəbələ” tərəfdə idi. Düşünürəm ki, əvəzetmə və taktiki dəyişiklik üstünlüyümüzü şərtləndirdi.

- “Qarabağ”ın ən yaxın izləyicisi olan komandanın baş məşqçisi niyə belə deyir?

- Qarşımıza heç 2-ci yeri tutmaq vəzifəsi də qoyulmayıb. Hər oyuna maksimum konsentrasiya ilə çıxmalıyıq. Ancaq tək oyun komponentləri yox, həm də digər məsələlərdə stabillik lazımdır.

- Qalan 3 oyunda “Qarabağ”dan heç olmasa 1 xal almağı bacaracaqsınız?

- Bunu istəyirik. Hər oyuna maksimum motivasiyalı çıxmağa çalışırıq.

- Maliyyə problemləri barədə yazılanlar nə dərəcədə həqiqətəuyğundur?

- Bir sıra futbolçumuzun getməsi maliyyə sıxıntılarının olmasından xəbər verir. Tamerlan Abdullayev də çalışır ki, gecikmələr çox olmasın. Hələ ki, bunun öhdəsindən gəlirlər. Qarşıdakı aylarda necə olacağını bilmirəm. Futbolçulara təşəkkür edirəm ki, bu problemlər oyunumuza təsir etmir. Qışadək avrokuboklardakı bonusumuz da köçürüləcək.

- Oyunun afişasına rast gəlmədik. Səbəb nə idi?

- (Törə Əhmədova) Sadəcə, afişaya ehtiyac duymadıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail