Şərəf nümunəsisən "Qarabağ"!

04.10.2019 | 6376 dəfə oxunub

Şərəf nümunəsisən "Qarabağ"!

Gecəmizi şərəfləndirdin "Qarabağ". Sözün bütün yaxşı mənalarında. Məsələ səfərdə qazanılan möhtəşəm 4-1 hesablı qələbədə deyil. "Qarabağ"ın avropada qazandığı çox qələbələr görmüşük və bundan sonra da görəcəyik.

Dünənin əsas özəlliyi "Qarabağ"ın avropanın mərkəzindən elə avropanın özünə, dünyaya verdiyi vacib ismarıclar idi.  Şəxslərin adını çəksəm, bilmirəm hansınınsa açıqlamasını, duruşunu ön plana çəkmək olar ya yox.

Tahir Bəyin Avropanın mərkəzində verdiyi "Avropa mədəniyyəti Azərbaycandan üzr istədi" deməsinimi, Rəşad Sadıqovun "Hakimə dedik ki, əski yerə enməməlidir" açıqlamasınımı, Qurban Qurbanovun "Azərbaycanlı və Qarabağlı olmağımızla fəxr edirik və biz heç vaxt qorxaq, qaçan olmamışıq" bəyanınımı, Nurlan İbrahimovun bir ölkənin idman nazirinin bütün Azərbaycandan üzr istəməsini diqqətimizə çatırdığı və istənilən azərbaycanlını riqqətə gətirən səsinimi

Məhz belə qururlu şəxsiyyətlərin cəmisən "Qarabağ". Dünən bir daha təsdiq olundu ki, sən təkcə Azərbaycan üçün yox, elə bütün avropa üçün, dünya üçün bir şərəf nümunəsisən.

Dünən Lüksemburq idman naziri etdiyi üzrlə borcunu yerinə yetirdi, amma bütün avropa və dünya bilsin ki, Azərbaycan qarşısında, Qarabağ qarşısında hər birinin illərdi gecikən o üzr borcundan var. Borcunuza sahib çıxın!


İmanov Xanoğlan



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail