Tərlan Əhmədov: "7 oyuna 11 xal yaxşıdı"

05.10.2019 | 5554 dəfə oxunub

"Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan Premyer Liqasının 7-ci turunda “Sumqayıt”la qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Stadium.az xəbər verir ki, Əhmədov qolsuz bərabərliklə bitən oyunu belə şərh edib: - “Zirə” ilə oyundan fərqli olaraq, bu oyunda ilk hissədə bir az arxayınlıq vardı. İkinci hissədə hər iki komanda baxımlı oyun sərgilədi. Bərabərlik ədalətli nəticə oldu. Komandamın mübarizəsindən razı qaldım. Bizim vaxtımız az idi. Hazırlıq üçün 4 gün vaxtımız var idi. Buna baxmayaraq, komandam normal çıxış etdi. Ön xətdə oyun çox da ürəyimcə deyildi. Sezarın yüngül zədəsinin olması bizə irəliyə çıxmaqda mane olurdu.

- İlk hissədə oyununuza küləyin təsiri var idimi?

- İlk hissədə külək bir az güclü idi. Ancaq bunu bəhanə etmirəm. İlk hissədə “Sumqayıt”ın təzyiq göstərəcəyini bilirdim. Onlar bu meydanda yaxşı oynayırlar. Küləyin maneə olduğunu düşünmürəm.

- 7 oyuna 11 xal sizi razı saldımı?

- Daha yaxşı ola bilərdi. Ancaq yenə də bizi qane edir. Səhvlərimizdən düzgün nəticə çıxarmalı, fasiləni yaxşı dəyərləndirməliyik. 11 xal ilk dövrə üçün normaldı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail