"Real"da ciddi itkilər

06.10.2019 | 5464 dəfə oxunub

"Real”ın futbolçusu Toni Kroos zədələnib. 

Stadium.az xəbər verir ki, “kral klubunun” La Liqanın 8-ci turunda evdə “Qranada”ya 4:2 hesabı ilə qalib gəldiyi oyunun 34-cü dəqiqəsində zədələnən 29 yaşlı yarımmüdafiəçi qarşılaşmanı davam etdirə bilməyib və Luka Modriçlə əvəzlənib. Alman futbolçunun qarın nahiyəsindən zədələndiyi və nə qədər müddətə sıradan çıxdığının yaxın günlərdə məlum olacağı bildirilir. Bu oyun ərəfəsində isə Madrid təmsilçisinin digər futbolçusu Marselo sıradan çıxmışdı. Klubun rəsmi saytının yaydığı məlumata görə, braziliyalı müdafiəçi bir müddət məcburi istirahət etməli olacaq. Marselonun bərpa müddəti açıqlanmasa da, İspaniya mətbuatının xəbərinə görə, o, ən azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

“Real”ın heyətində Ferlan Mendi, Naço, Tibo Kurtua və Marko Asensio da zədədən əziyyət çəkir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail