Nazarov "Aue" ilə müqaviləsini uzatdı

11.10.2019 | 5806 dəfə oxunub

Azərbaycan millisinin üzvü Dmitri Nazarov çıxış etdiyi Almaniyanın "Aue" klubu ilə müqaviləni uzadıb.

Stadium.az klubun saytına istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi 29 yaşlı yarımmüdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə bağlayıb. Dima 2016-cı ildə "Karlsrue"dən "Aue"yə keçib. Milliləşdirilmiş futbolçu ilə yanaşı, Klemens Fendrixlə də yeni müqavilə bağlanıb

Klubun prezidenti Xelqe Leonxardt Nazarovun klubun gələcək strateji planlarının bir hissəsi olduğunu deyib: "Bu futbolçular ağılı, ruhu və keyfiyyəti ilə komandamıza uyğun gəlir. Onlar bunu gələcəkdə də sübut edəcəklər".

Komandanın baş məşqçisi Dirk Şuster Fendrix və Nazarov haqqında fikirlərini bildirib: "Onlar futbolçu keyfiyyətləri və təcrübələri ilə komandamızın əsas dirəyini təşkil edirlər. Şadam ki, qarşıdakı müddətdə də birgə çalışacağıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail