Rüfət Dadaşov vurduğu qoldan danışdı

12.10.2019 | 5282 dəfə oxunub

Azərbaycan millisinin Bəhreynlə keçirilən yoldaşlıq oyununda (3:2) ilk qolunun müəllifi olan Rüfət Dadaşov "Bild" nəşrinə qısa açıqlama verib.

Stadium.az xəbər verir ki, Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən 28 yaşlı hücumçu altı illik həsrətə son qoyduğu üçün sevindiyini deyib: "Nəhayət, uzun fasilədən sonra Azərbaycan millisində qol vura bildim. Macarıstanla oyunda da meydana çıxacağıma ümid edirəm". Almaniya futbolunun yetirməsi olan milliləşən legionerin yığmada keçirdiyi 24-cü oyunda 5-ci qolunu vura bilib.

Dadaşov fasilələrlə çağırıldığı yığmada son qolunu 6 il əvvəl – 2013-cü il oktyabrın 11-də vurmuşdu. O, Şimali İrlandiya ilə DÇ-2014-ün Bakıdakı seçmə oyununda (2:0) fərqlənmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail