Yurçeviç: "Hakim inanılmaz səhv etdi"

14.10.2019 | 5733 dəfə oxunub

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirdi.

Stadium.az xəbər verir ki, xorvatiyalı mütəxəssis millinin son dəqiqədə sayılmayan təmiz qoluna görə etiraz edib: "Bu gün uşaqlar stadionda əla atmosfer yaratdı. Buna görə onlara təşəkkür edirəm. Danışmaq asan deyil. Rəqibi təbrik edir və uğurlar arzulayıram. Son 30 saniyədə yaşanana çox üzüldük. Hər xal, hər qol bizim kimi kiçik futbol ölkəsi üçün çox önəmlidir. 100 faiz hakim səhv qərar verdi. Telefonuma doğru qol vurduğumuzla bağlı çoxsaylı mesajlar gəldi. Hakim inanılmaz səhv etdi. Ən çox futbolçulara görə üzülürəm. Əziyyətləri yerə vuruldu. Belə əziyyəti ucuzlaşdırmağa söz tapmıram. Fasilədə futbolçulara vəziyyəti dəyişməyin mümkün olduğunu demişdim. Cəsarətli oynamalarını tapşırdım. İkinci hissə Macarıstan üçün çətin alındı. VAR bizə kömək edə bilərdi, amma bundan seçmə mərhələdə istifadə edilmir. Mənim kimi son saniyədə baş verən hadisədə haqlı mövqe tutan macar jurnalistlərə də təşəkkür edirəm. Bu səhv futbolun inkişafı üçün yaxşı deyil. Bu barədə çox fikir bildirsəm, işimdən də ola bilərəm. Çox danışdığım üçün üzr istəyirəm, çox həyəcanlıyam, duyğularıma görə belədir. Bunları dedim ki, içimdəki hirs çıxsın. Dostlarla, ailəmlə müzakirə edəcəm. Baş hakim qərarında haqlı olduğunu və oyundan sonra epizoda təkrar baxanda doğru qərar verdiyinə şahid olacağımızı iddia elədi.

52 yaşlı mütəxəssis Bəhlul Mustafazadənin oyunu ilə bağlı danışıb: "Bəhlul bir aydır bizimlədir, ancaq istedadlı olduğunu göstərib. Bəhlul Xorvatiyaya qarşı da yaxşı oynamışdı. Sayılmayan qoluna görə məyusdur. Onunla danışacam. İnanıram ki, bundan müsbət nəticə çıxaracaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail