Tomas Doll: "Bu dəfə başqa cür olacaq"

06.11.2019 | 5607 dəfə oxunub

"Özümü yaxşı hiss edirəm. "Qarabağ"la iki həftə əvvəlki matçda  komandam o qədər də yaxşı durumda deyildi. Bəzi problemlərimiz oldu və liqada da istədiyimi kimi oynaya bilmədik. Amma ilk görüşdə xarakter göstərdik və iki qol vurduq".

Stadium.Az xəbər verir ki, bu sözləri  APOEL-in baş məşqçisi Tomas Doll  Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Qarabağ"la sabahkı ev oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis hazırda daha yaxşı vəziyyətdə olduqlarını bildirib: "Pis nəticəyə baxmayaraq, məşqlərdə yaxşı komanda gördüm. "Qarabağ"la matçlarda 4 qol vurmuşuq və yenə də fərqlənməyi hədəfləmişik. Üç xal qazanmaq istəyirik və bunu bacara bilərik. "Qarabağ"la ilk görüş kimi ikinci oyunda finala bərabərdir. Qarşılaşmanın çox vacib olduğunu bilirik. Bütün oyunçular Avropada yola davam etmək istəyirlər. Oyuna çox köklənmişik. Ağıllı oynamalıyıq. Belə olacağı təqdirdə topa sahib ola bilməyəcəklər. Rəqibin necə oynayacağını bilirik".

Doll komandasının evdə oynamasının onlar üçün üstünlük olduğunu bildirib: "Bu dəfə başqa cür olacaq. Çünki biz doğma azarkeşlərimiz qarşısında oynayacağıq. Ağıllı oynayıb, "Qarabağ"a əks-hücumlar şansı verməmək lazımdır. Futbolçularımın bu cür oyunlar üçün təcrübəsi var. Oyunçular arasında yaxşı formada olmayan var. Amma mənim başqa variantlarım da olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail