Bordin: "Ən pis oyunumuz idi"

09.11.2019 | 5919 dəfə oxunub

"Ən pis oyunumuz idi. Məğlubiyyətə layiq idik. Komandanın özünəinamı yox idi. İstədiyimiz oyunu sərgiləmədik. Komandamız öz səviyyəsindən aşağı çıxış etdi. Çox üzgünük".

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin  Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, komanda şəklində uduzublar və bu, bütün kollektivin məğlubiyyətidir: "Mən futbolçulardan belə oyun gözləmirdim. Sanki arxayınlıq var idi. Dario Frederiko fərdi oyuna meyl etsə də, qol imkanları oldu. Hətta üçüncü qolu da buraxa bilərdik. Çünki müdafiəçilər fərdi səhvlər edirdilər. Oyunçular həftəboyu yaxşı məşq etmişdilər. Hətta ilk qolu da vurdular. Amma bugünkü oyunda əvvəlki matçlardan aşağı səviyyəli çıxış etdik".

İtaliyalı baş məşqçi "Keşlə"nin yaxşı çıxış etdiyini deyərək, Sezar Meza Kollini xüsusi fərqləndirib: "Komandama onu diqqətdə saxlamağı tapşırmışdım".

Bordin gənc referi Vüqar Həsənlinin idarəçiliyinə də toxunub: "Oyunda qərarlar hər iki tərəfə obyektiv olmalıdı. Tural Axundov, Baqali Daboya verilən sarı vərəqələr gec oldu. Hətta mənə də sarı vərəqə göstərdi".

Baş məşqçi bugünkü məğlubiyyətlə özlərini çətinə saldıqlarını da vurğulayıb: "Çalışıb bu məğlubiyyəti həzm etməli və növbəti oyunlara ciddi hazırlaşmalıyıq. Hələ heç nə bitməyib. Rəqiblərimizin də oyunları var. Bugünkü məğlubiyyətə başqa səbəb axtarmıram. Amma hakimlər tərəfindən obyektivlik olmalıdı. Rəqib komanda etiraz bildirəndə sarı vərəqə göstərir, Daboya qarşı kobudluğa görə susursa, mən etiraz edəndə özümə sarı vərəqə göstərirsə, bundan narazı qalmalıyam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail