Tərlan Əhmədov: "Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur"

09.11.2019 | 6131 dəfə oxunub

"Bu 3 xal bizə lazım idi. Komandamız möhtəşəm oynadı. Son oyunlarda qol imkanı yaradaraq, fərqlənə bilmirdiksə, bu gün geridə olduğumuz oyunu geri çevirdik".

Stadium.Az xəbər verir ki, bu sözləri "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 11-ci turunda evdə "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri  matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis oyunun sonlarında yaşanan insidentlə əlaqədar futbolçularını müdafiə edib: "Heç kimin mənim futbolçuma aqressivlik etməyə haqqı yoxdur. Onları heç kim aşağılaya bilməz. Öz futbolçularımın arxasında durmalı idim. İndiyədək elə bir futbolçu olmayıb ki, onunla soyuqluğum olsun. Füzuli Məmmədovla uzunmüddətli səfərə çıxmışıq. Futbolun emosionallığı ondadır ki, futbolçular kimi məşqçilər də belə insident yaşayırlar. Amma bunlar elə meydanda qalır. Füzuli Məmmədovla oyundan sonra görüşməmişəm. Yəqin ki, ya sabah zəng edəcəyəm, ya da bu gün zəng edib danışacağam".

Əhmədov komandanın qışda daha da güclənməyə ehtiyacının olduğunu vurğulayıb: "Hələ siyahı hazırlamamışam. Yeni nəfəs istəyirik. 3 oyunçuya, o cümlədən, 1 hücumçuya ehtiyacımız var. Qarşıda 3 çətin oyunumuz olacaq. Heyətdə dəyişikliklər edəcəyik. Amma indidən bu haqda danışmaq tezdir".

Baş məşqçi Sezar Meza Kollinin çıxışından razılıq ifadə edib: "Hər bir komandada lider futbolçu olmalıdır. Dani Kintana zədələnəndən sonra "Qarabağ" APOEL-ə qarşı oynaya bilmədi. Sezarın liderliyi göz önündədir. Onun komandaya xeyri varsa, niyə də yararlanmayaq? Futbolçuları motivasiya etmək üçün fərqli üsul seçmişdim və bunun bəhrəsini gördük. Meza Kolli bundan da yaxşı çıxış edə bilər".

"Yarımmüdafiə xəttində Con Kamara və Tural Bayramlı olmasa, hər hansı rotasiyaya əl atacağıq" deyə Əhmədov fikirlərini tamamlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail