Pedro Enrike: "Bu kluba keçməkdənsə, "Qarabağ"da qalmaq daha yaxşı olardı" - MÜSAHİBƏ

11.11.2019 | 6593 dəfə oxunub

“Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike Bakıya gəlib. Stadium.Az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Ağdam klubunun Premyer Liqanın 11-ci turunda “Zirə” ilə keçirilən oyununu stadiondan izləyib.

O, Tofiq Bəhramov adına Respublika stadionunun tirubunasında “Qarabağ”ın zədəli futbolçuları Filip Ozobiç və Dani Kintana ilə birgə oyuna baxıb.

Hazırda Türkiyənin “Kayserispor” klubunda çıxış edən Pedro  2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da oynayıb.

O, qarşılaşmadan sonra jurnalistlərə açıqlama verib: 

- Bakıya səfəriniz işlə bağlıdır, yoxsa dostlarınızı görməyə, istirahət etməyə gəlmisiz?

- Mənim burada çoxlu dostlarım var. Onları görməyə gəlmişəm. "Qarabağ" karyeramda xüsusi yeri olan klubdur. Burada çox gözəl mövsüm keçirmişəm. Yenidən keçmiş komanda yoldaşlarımı görmək xoş oldu.

- Azarkeşlər, futbolla maraqlanan insanlar sizin üçün darıxıb. Fanatlar "Biz Pedronu istəyirik" deyə qışqırırdılar...

- (Gülür). Hə, bunu eşitmək xoş oldu. Bir çox azarkeşlərlə hələ də əlaqə saxlayırıq. İnternet var, ona görə də bunu etmək çox asandır. Bəlkə də bir gün "Qarabağ"a qayıdaram. Klubun qapılarının keçmiş futbolçularının üzünə açıq olması əladır.

- Siz özünüz necə, "Qarabağ"a qayıtmaq istərdiniz?

- "Kayserispor"la müqaviləm var. Ancaq gələcəkdə hər şey ola bilər. Əgər "Qarabağ" üçün vacib oyunçu sayılaramsa, qayıtmağımı istəsələr, möhtəşəm olar.

- Hazırda bu məsələ aktualdır?

- Bu barədə heç nə deyə bilmərəm. Çünki "Kayserispor"la müqaviləm davam edir. Sonra necə olacaq, baxarıq.

- "Qarabağ"ın oyunlarını, avrokubokdakı çıxışını izləyirsiniz?

- Bəli, bütün oyunlarına baxıram. Uşaqlarla da daim əlaqə saxlayıram.

- APOEL-ə məğlubiyyətə görə üzüldünüz?

- Bəli, pis oldum. Amma həmin oyunu unudub, qarşıdakı matçlara köklənmək lazımdır.

- "Qarabağ"la "Kayserispor"u müqayisə etsək, hansında oynamaq sənin üçün daha rahatdır?

- Türkiyə çempionatı çox çətindir. Orada asan oyun olmur.

- APOEL-ə məğlubiyyətdən sonra "Qarabağ"ın qrupdan çıxmaq şanslarını necə qiymətləndirirsiniz?

- Mən "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Ümid edirəm ki, bunu bacaracaqlar.

- "Qarabağ"da qalmağınıza nə mane oldu?

- Həmin vaxt vəziyyət qarışıq idi. PAOK-la müqaviləm qüvvədəydi. Bilirsiz ki, PAOK da mənim üçün xüsusi klubdur. Orada qalmaq istəyirdim. Ancaq "Astana"ya gedəsi oldum. Orada bir az problemlərim oldu. Bu kluba keçməkdənsə, "Qarabağ"da qalmaq daha yaxşı olardı. Bu, mənim sabiq komandam olan PAOK-un qərarı idi. Futbolda belə şeylər olur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail