"Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır"

11.11.2019 | 6120 dəfə oxunub

“Azərbaycan çempionatının səviyyəsi çox aşağıdır. Mən orada çalışanda yüksək liqada 10 komanda var idi. İndi 8 komanda qalıb. Bu, çox azdır”.

Stadium.Az xəbər verir ki, bu sözləri  “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiç Rusiyanın “İzevstiya” nəşrinə müsahibəsində deyib.

Serbiyalı mütəxəssis işlədiyi mövsümlə müqayisədə hazırda Azərbaycan Premyer Liqasının çox zəiflədiyini bildirib: “Çempionatda rəqabət yoxdur. Mən Azərbaycanda işləyəndə  güclü legionerlər var idi. İndi demək olar ki, qalmayıblar. “Qarabağ” digərlərindən bir neçə dəfə üstündür. Mövsüm başlamazdan əvvəl məhz bu komandanın turnirin qalibi olacağını əminliklə söyləmək olar. Rəqabət yoxdursa, irəliləyiş də ola bilməz. Hətta “Neftçi”nin liderlə rəqabət aparmaq imkanı yoxdur”.

Pantiç 2013/2014 mövsümündə “Bakı”nı çalışdırıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail