"Qəbələ"dən 50-ci böyükhesablı qələbə

11.11.2019 | 5760 dəfə oxunub

“Qəbələ” 2019/20 mövsümündə ilk böyükhesablı qələbəsini qazanıb.

Stadium.Az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının 11-ci turuna təsadüf edib. “Qırmızı-qaralar” ev oyununda “Səbail”in qapısından üç cavabsız top keçirib.

Bu qələbə komandanın tarixində 50-ci böyükhesablı qələbə olub. Yubiley uğuruna imza atan “Qəbələ” ilk belə qələbəsini 2005/06 mövsümündə əldə edib. Birinci dəstədə “Göy-Göl” (Xanlar) adı ilə çıxış etdiyi vaxt komanda ilk oyununda “Şərur”un qapısından 8 cavabsız top keçirib.

Böyükhesablı qələbələrdən 29-u Premyer Liqa, 11-i birinci divizion, 9-u Azərbaycan kuboku, 1-i Avropa Liqasına təsadüf edib.

“Qırmızı-qaralar” evdə 33, səfərdə 17 dəfə böyük hesabla qalib gəlib. Komanda hər mövsümdə ən azı 1 dəfə üç və ya daha çox fərqlə qələbə qazanıb.

Qəbələ şəhər stadionundakı oyun Elmar Baxşıyevin rəhbərliyi altında ilk böyükhesablı qələbə olub. O, komanda ilə belə nəticəyə imza atan 9-cu baş məşqçidir: Roman Qriqorçuk – 15, Faiq Cabbarov – 14, Ramiz Məmmədov – 7, Fatih Kavlak – 5, Toni Adams, Yuri Syomin – 3, Dorinel Muntyanu, Sənan Qurbanov, Elmar Baxşıyev – 1.

“Qəbələ” bunadək son böyükhesablı qələbəsini də məhz “Səbail” üzərində qazanıb. 2018/19 mövsümünün startında – 2018-ci il avqustun 12-də Qəbələ şəhər stadionunda 3:0 hesablı qələbə əldə olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail