Klopp: "Burda əsas problem VAR sistemidir"

12.11.2019 | 5273 dəfə oxunub

"Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 12-ci turunda "Manşester Siti"ni 3:1 hesabıyla məğlub etdikləri oyundan sonra açıqlama verib.

Stadium.Az xəbər verir ki, alman mütəxəssis, futbolçularının çox yaxşı çıxış etdiyini bildirib:

“Bu gün "Mançester Siti" yaxşı çıxış etdi. Ən yaxşı şəkildə müdafiə olunmağa məcbur olduq, amma eyni zamanda, inanılmaz qollar vurduq. Oyun çox gərgin keçdi. Futbolçular oyuna çox yaxşı köklənmişdilər. "Mançester Siti"ni məğlub etməyin tək yolu bu idi.

"Mançester Siti" ilə keçirdiyimiz bütün oyunlar çox yaxşı alınır, keçən mövsüm öz meydanımızda keçirdiyimiz oyun istisna olmaqla. O matç daha ehtiyatlı keçmişdi. Bu, ən yaxşı oyunumuz deyildi, amma bunu bəyəndim”.

52 yaşlı mütəxəssis, "Mançester Siti"nin verilməyən penalti epizodu ilə bağlı da danışıb:

“Bizim ilk qolumuzdən əvvəlki mübahisələri gördüm. Burda əsas problem VAR sistemidir. Mənim üçün isə heç bir problem yoxdur. Bu gecə bu qələbəni qeyd edəcəm”.

Premyer Liqada keçirdiyi 12 turdan sonra xallarının sayını 34-ə çatdıran Liverpool turnir cədvəlinin ilk pilləsində qərarlaşıb və "Mançester Siti"ni 9 xal qabaqlayır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail