Mahrez: "Quardiola ilə anlaşmaq isə çox asandır"

13.11.2019 | 5602 dəfə oxunub

"Mançster Siti"nin futbolçusu Riyad Mahrez karyerası və baş məşqçisi Pep Quardiola ilə bağlı açıqlama verib. Stadium.Az xəbər verir ki, əlcəzairli futbolçu, "Lester"də iki il itirdiyini bildirib:

“Lester"in heyətində çempion olduqdan sonra hansısa böyük kluba getsəydim, hər şey fərqli olardı. Karyeramda iki il itirdim. 27 yaşda "Mançester Siti"yə transfer olunmaq əvəzinə, 24-25 yaşda böyük bir klubda forma geyinə bilərdim. Amma "Lester" transferə əngəl oldu.

Həmin dövrdə "Arsenal" da məni heyətində görmək istəyirdi. 2016-cı ildə "Arsenal"a transfer olunmağa çox yaxın idim, amma bu keçid alınmadı. Çox üzülmüşdüm”.

28 yaşlı futbolçu, Quardiola ilə bağlı bunları deyib: “Komanda daxilində hər şey fərqlidir. Komandada öz yeriniz uğrunda hər zaman mübarizə aparmalısız. Çünki bilirsiz ki, siz yaxşı oynamasaz, yerinizi başqası tutacaq. Baş məşqçi Quardiola ilə anlaşmaq isə çox asandır. O, oyundan əvvəl hər şeyi bizə izah edir. Belə olan halda bizim üçün hər şey daha asan olur”.

2018-ci ildən “şəhərlilər”in şərəfini qoruyan futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail