Nikola Yurçeviç: "Cavidin milliyə niyə çağırılması həqiqətən də yaxşı sualdır"

16.11.2019 | 5266 dəfə oxunub

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsinin Uelslə oyun öncəsi mətbuat konfransı keçirib. Stadium.Az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib.

- Beş gündür toplanışdayıq. Əhval-ruhiyyə yaxşıdır. Macarlarla oyundan əvvəl də beləydi. Bu dəfə də zədə və digər səbəblərdən oynaya bilməyəcək futbolçular var. Rüfət Dadaşov heyətdən çıxarıldı. Maksim Medvedevin oynamaq ehtimalı azdır. Eddi İsrafilov gələ bilmədi. Son oyunlarda rəqiblərə yaxşı müqavimət göstərə bilirik. Son 5 dəqiqədə oyunları uduzmuşuq. Səbəblər arasında bəxtsizliyimizi də göstərmək olar. Hər halda nikbinik və yaxşı olacağına ümid edirik.

- Sonradan dəvət etdiyiniz oyunçular zədəlilər və gələ bilməyənləri əvəz edə biləcək gücdədirlər?

- Təbii ki, hazırda problemli futbolçularımız əsas heyət üzvləridir. Onları əvəzləmək asan olmayacaq. Amma ümid edirəm ki, gələnlər onların boşluğunu dolduracaq.

- Uels qrupdan çıxmaq üçün oynayır. Sizi motivasiya edən nədir?

- Son dörd oyunun analizi. Uelslə oyunda 1 xala yaxın idik. Son 5 dəqiqədə bəxtimiz gətirmədi. Beləcə xalı əldən verdik. Bəhreynə isti hava şəraitində qalib gəldik. Uşaqlar xarakter göstərdilər. Macarıstanla oyunda rəqib hesabda öndə idi, son 15-20 dəqiqədə yaxşı oynadıq. Bütün dünya gördü ki, hakim təmiz qolumuzu saymadı və xalımızı oğurladı. Bütün bunlar gələcəyə ümidlə baxmağa imkan verir.

- Niyə oyundan qabaq heyəti açıqlamırsınız?

- Burada niyyətim nəyisə gizli saxlamaq deyil. Macarlarla oyunda da qeyri-müəyyən durum yaranmışdı. Son məşqdən sonra 11-liyi biləcəyik. Çünki Maksimin oynayıb-oynamayacağına bu günkü hazırlıqdan sonra aydınlıq gələcək. Ancaq əvvəllər start heyətin 9 futbolçusunun adını dediyim olub.

- Cavid Hüseynov klubunda yaxşı oynamır. Amma milliyə cəlb olunur. Niyə?

- Cavidin milliyə niyə çağırılması həqiqətən də yaxşı sualdır. Son oyunlarda komandasına kömək edibmi? Maraqlı sualdır. Bu cür suallar bizi də məşğul edir ki, kim nə vəziyyətdədir. Cavidin oyunlarına baxmışam. Hər dəfə seçim etmək asan olmur. Çünki bəzi futbolçular klublarında ehtiyatda qalır. Bizim də işimiz asan deyil. Rəşad Eyyubov son vaxtlar klubunda oynamır deyə çağıra bilmədik. Camalovu dəvət etdik. Cavidə gəlincə, böyük təcrübəsi var. Ən azı 30 dəqiqə bizə kömək edəcək vəziyyətdədir.

- Slavik Alxasov niyə milliyə dəvət almır?

- Slaviki bəyənirəm. Xarakteri olan yaxşı oyunçudur. Burada müəyyən nüanslar var. Bəlkə də bəxti onda gətirmir ki, mövqeyində Şəhriyar, Anton və Təmkin oynayır. Hələlik bu futbolçulara üstünklük vermişik. Amma o demək deyil ki, millinin qapısı Slavikin üzünə bağlıdır. Bəlkə gələcəkdə o da əsas yığmada oldu.

- Sağ cinahda Mahir Emrelini kim əvəzləyəcək? O, yoxdu deyə, həmin mövqedə problem yarana bilər?

- Araz və Ağabala cinah yox, mərkəz hücumçusu kimi oynayır. Sabah hansının əsas heyətdə olacağını görəcəyik. Tək hücum yox, müdafiədə də bizə necə kömək edəcəklərini düşünürük. Uelsin sağ cinah oyunçuları çox təhlükəlidir. Ona görə də nəsə fikirləşməliyik. Mahir hücuma da, müdafiəyə də çox kömək edir. O, bütün enerjisini sərf edir. Yəqin, sizin üçün də məntiqli səslənər ki, hansısa oyunçumuzu Beyllə təkbətək qoymaq istəmirik. Bu cür oyunçuları iki nəfər saxlamalıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail