Giqqz: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil"

17.11.2019 | 5250 dəfə oxunub

"Bizim üçün hesab qənaətbəxş idi. Komandadan razı qaldım. Bəzi şeyləri inkişaf etdirmək olar. Oyunda təzyiq də var idi".

Stadium.Az xəbər verir ki, bu sözləri  Uels millisinin baş məşqçisi Rayan Giqqz Avro-2020-nin seçmə mərhələsində səfərdə Azərbaycan yığmasına qalib gəldikləri (2:0) oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, bundan əvvəl çətin matçları olub: "Azərbaycan coğrafi baxımdan rahat gələ biləcəyimiz ölkə deyil. Rəqib evdə oynayırdı. Ancaq yaxşı nəticə qazana bildik".

O deyib ki, Azərbaycanla görüş də digər oyunlar kimi çətin keçib. "Bu gün Macarıstan qrupda istirahət edir. Bu növbəti matçda onlara əlavə güc verə bilər. Bu günkü qarşılaşmada bəzi künc zərbələrindən istifafə edə bilmədik, bundan narazıyam".

Giqqz Qaret Beyl və Aaron Remsinin Macarıstanla növbəti oyunda meydana start heyətində çıxa biləcəyini vurğulayıb: "Biz oyunlarda dəyişikliklərin faydalı olmasına çalışırıq. Ona görə də bu gün Remsi start heyətdə yox idi. Ona istirahət verdik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail