Yurçeviç: "Onların öhdəsindən gələ bilmədik"

17.11.2019 | 5559 dəfə oxunub

"Uelsi təbrik edirəm. Layiqli qələbə qazandılar. Rəqib daha yaxşı komandadır. Standart vəziyyətlərdən qol buraxdıq".
 
Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsində Bakıda Uelslə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis 0:2 hesablı məğlubiyyəti belə şərh edib: "Rəqibin heyətində hündür oyunçular var. Onların öhdəsindən gələ bilmədik. Qol vurmağa cəhd etdik. Bizim hücumlarımız çox kəsərli və təhlükəli deyildi. Bir epizodu qeyd etmək istəyirəm. Rəqib açıq əllə oynadı. Penalti var idi. Uels keyfiyyətli və təcrübəli komandadır. Onların oyunçuları Avropanın aparıcı klublarında çıxış edirlər. Bizim isə bəzi futbolçularımız zədəlidir. Onlar heyətdə olsaydı, başqa nəsə etmək mümkün idi. Ancaq alınmadı". 

Yurçeviç  Azərbaycan yığmasının qrupdakı digər bütün rəqiblərindən zəif olduğunu bildirib: "Macarıstanda bir xalımızı əlimizdən aldılar. Rəqiblərdəki keyfiyyət daha yaxşıdır. Daha çox xal qazanmağımız mümkün idi. Müəyyən hallarda bəxtimiz gətirmədi. Səhvlər də etdik. Ona görə bir xal qazana bilmişik. Nəticə baxımından durum yaxşı deyil. Hesab edirəm ki, şans verdiyimiz cavan oyunçular gələcək görüşlərdə daha yaxşı çıxış edəcəklər".

53 yaşlı mütəxəssis oyundan sonra AFFA rəhbərliyi ilə görüşmədiklərini söyləyib: "Əldə etdiyimiz nəticədən mən də razı deyiləm. Bizdə 2-3 keyfiyyətli oyunçu çatışmır. Komandadakı durumumla bağlı nəsə deyə bilmərəm. Müqaviləm fevral ayına qədər qüvvədədir. Özüm və ailəm Bakını və Azərbaycanı bəyənirik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail