"Qəbələ" dağılır?

17.11.2019 | 7704 dəfə oxunub

Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" sponsorsuz qalır. Stadium.Az xəbər verir ki, klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-də maddi sponsorluğunu dayandıracaq. .

Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum qalacaq.

Niyə "Gilan Holding" sponsorluluğu məhz yanvardan dayandıracaq? Məsələ ondadır ki, futbolda klubun büdcəsi mövsüm üçün müəyəynləşdirilsə də, "Gilan Holding" kimi kommersiya təşkilatlarında illik tərtib olunur. Yəni, yanvarın əvvəlindən dekabrın sonunadək. Buna görə də "Qəbələ" artıq qış fasiləsində tarixin yaddaşına köçə bilər.

Bu xəbər o səbəbdən daha çox üzücüdür ki, klubun Futbol Akademiyası yetərincə uğurlu fəaliyyət göstərir. "Qəbələ"nin çox yetirməsi aparıcı klublarımzıın şərəfini qoruyurlar, həmçinin ölkənin bütün yaş qruplarında təmsil olunurlar.

Əsası 1995-ci ildə qoyulan "Qəbələ" 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edir. "Qırmızı-qaralar" Azərbaycanda ardıcıl 2 il Avropa Liqasında mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşən yeganə klubdur 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail