UEFA-dan "Qarabağ"ın rəqibinə ultimatum

22.11.2019 | 7198 dəfə oxunub

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Düdelanj"ın APOEL-lə oyununun yeri dəyişdirilə bilər. 

Stadium.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, buna səbəb komandanın ev oyunlarnı keçirdiyi “Jozi Bartel” stadionunun ot örtüyünün bərbad vəziyyətdə olmasıdır. UEFA bununla bağlı kluba ultimatum göndərib. Klub prezidenti Romen Şumaxer ot örtüyünün dəyişdirilməsi üçün lazım olan 150 min dolların onlar üçün böyük məbləğ sayıldığını bildirib. O, bununla bağlı UEFA nümayəndələri ilə danışıqlar aparmağa çalışdığını, təbii otu 50 min avro dəyərində olan süni örtüklə əvəzləməyi təklif edəcəyini deyib.

"Düdelanj" - APOEL qarşılaşmasının ölkədən kənarda keçirilməsi ehtimalı da var. Əgər ot örtüyü ilə bağlı problem yoluna qoyulmasa, matç Kayzerslautern (Almaniya) və ya Metsdə (Fransa) oynanıla bilər. Qeyd edək ki, "Düdelanj" - APOEL oyunu noyabrın 28-də keçiriləcək.

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Avro-2020-nin seçmə mərhələsinin son turunda “Jozi Bartel”də Lüksemburqa qalib gəldikləri oyundan (2:0) sonra stadionun ot örtüyündən gileylənmiş, meydançanı kartof sahəsinə bənzətmişdi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail