Qurban Qurbanov mükafatına qovuşdu

14.12.2019 | 5291 dəfə oxunub

Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi keçirilib.

Stadium.az xəbər verir ki, Komanda.az saytının jurnalistlər arasında keçirdiyi sorğuda qalib olan Qurban Qurbanova mükafatı Komanda.az saytının baş redaktoru Rəşad Ergün tərəfindən təqdim olunub. 47 yaşlı mütəxəssis 10-cu dəfə bu mükafata layiq görülməsiylə bağlı bunları deyib: “Hər dəfə bu adı qazananda həqiqətən çox sevinirəm və daha çox məsuliyyətli oluram. Bir dəfə məndən soruşmuşdular ki, “içinizdə qorxursuzmu”, demişdim “bəli”. Çünki hər zaman uğursuzluq ola bilər. Sizə söz vermişəm ki, hər zaman məsuliyyətli olmağa çalışacam. Azərbaycana və Azərbaycan futboluna fayda verməyə çalışacam. Bəzi reallıqlar var ki, hansısa komanda bizdən güclü olur. Hər zaman stabil qalmaq asan deyil. Təkcə futbolda deyil, həyatda da görürük ki, bəzən hansısa narahatlıqlar olur. Bu gün “Qarabağ”ın Avropa Liqasının qrupunda olub-olmamasından asılı olmayaraq, hər zaman istəmişəm ki, azı bir klubumuz qrupda oynasın. Bu, bizim üçün çox yaxşıdır. Gələn komandalardan nəsə alırıq, öyrənirik. Hər il nəsə bir yenilik olur. Bu, Qarabağın Azərbaycana aid olmasını göstərmək üçün bir şans olur. Hər zaman istəyirik ki, uğurlarımız daha çox olsun. Biz çempionluğu çətin əldə etdik, sonra qrupa düşmək kimi məsələlər heç də asan olmadı. Söz verirəm ki, həvəsdən düşməyim. Öz üzərində çalışım. Öz işimizi düzgün yerinə yetirsək, uğur da olacaq. Hər kəsə məni bu mükafata layiq gördüyünüz üçün təşəkkür edirəm. Bəzi kütlələrin verdiyi dəyər fərqli olur. Sizin verdiyiniz dəyər mənim üçün çox önəmlidir. Siz daim idman ictimaiyyətinə bizim işimizi daha ətraflı çatdırırsız. Sizin də işiniz fərqlidir. Hər zaman doğru olmalısız. Çətinlikləriniz çoxdur, son zamanlar ümumi problemlər daha çoxdur. Hamımız bunu başa düşürük, siz də həvəsdən düşməyin”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail