Aftandil Hacıyev: "Son matçı gözləmək məsləhətdir"

15.12.2019 | 4273 dəfə oxunub

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçında evdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Stadium.az xəbər verir ki, 38 yaşlı mütəxəssis oyunu şərh edib: "Qış fasiləsinə yaxınlaşırıq. Çempionatda durumumuz yaxşı deyil. Amma qarşıda 3-cü və 4-cü dövrə var. Vəziyyəti yaxşılaşdırmaq olar. Kubok isə iki matçdan ibarətdir. Qol şansından istifadə edə bilsəydik, cavab oyununa üstün yollana bilərdik. Amma həvəsdən düşmək olmaz. Hər iki komanda yaxşı çıxış etdi. Komandalar ehtiyatlı idi və qol buraxmaq istəmirdi. Futbolçular ara-sıra yaxşı hücum təşkil etdilər. Amma bu, kifayət etmədi. Hücumlar etdik, 90 dəqiqə ərzində fürsətlərdən yararlanmağa çalışdıq".

Hacıyev qış fasiləsində hansı futbolçularla yolların ayrılacağını müəyyən etdiyini vurğulayıb: "Son matçı gözləmək məsləhətdir. Hər kəsdən istifadə edə bilərik. Son oyunda gedən oyunçularla danışacağıq".

Gənc mütəxəssis moldovalı futbolçu Yevgeni Koçukun durumu barədə danışıb: "Onun xroniki zədəsi var, əməliyyat olunmalıdır. Çoxdandır ki, oyunlarla əlaqədar vaxt tapa bilmirdi. Bizdən xahiş etdi ki, şərait yaradaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail